Icma.az
close
up
RU
İmişlidə kanallar beton üzlüyə alınır

İmişlidə kanallar beton üzlüyə alınır

Azertag saytına istinadən Icma.az xəbər verir.

İmişli, 31 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

İmişli rayonunda əkin sahələrində suvarma işlərinin daha da yaxşılaşdırılması üçün son illər görülən işləri həcmi artırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində əsasən torpaq üzlüklü kanallar beton üzlüyə alınır. Bu, sahələrə suyun itkisiz çatması ilə yanaşı, həm də torpaq qatının şoranlaşmasının qarşısını alır.

İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Asim Bədirov bildirib ki, idarə rayon ərazisində 54 min 200 hektar əkin sahəsinə 1140 kilometr uzunluqda suvarma kanalları vasitəsilə xidmət göstərir. Kanalların 430 kilometri beton üzlüklüdür. Hazırda rayonda əkin sahələrinə suyun optimal müddətdə və itkisiz çatdırılması üçün torpaq üzlüklü kanallar beton üzlüyə alınır.

Rayonun Qaralar və Muradallı kəndləri ərazilərində 280 hektar sahəyə xidmət göstərən və uzunluğu 5600 metr olan 4MK su kanalında 4800 metr hissədə betonlanma aparılıb, işlər davam etdirilir. Kanal üzərində 7 ədəd su buraxıcı və 7 ədəd səviyyə qaldıran qurğu var. Kanal saniyədə 3,5 kubmetr suburaxma gücündədir. Bundan başqa, Çaxırlı kəndi ərazisində ümumi uzuluğu 1750 metr olan Künc arx kanalının 750 metr hissəsində novlar quraşdırılıb. Rayon ərazisində əkin sahələrinin suvarılmasına xidmət göstərən ən böyük kanallar 42,7 kilometr uzunluqda olan Boztəpə və uzunluğu 29,5 kilometr olan Qızılarx kanalları da 2023-2024-ci illər ərzində beton üzlüyə alınıb. Ümumiyyətlə, tədbirlər planına əsasən, işlərin digər torpaq üzlüklü kanallarda da yerinə yetirilməsi nəzərdə tutulub.

Uzun illərdir əkinçiliklə məşğul olan Məzrəli kənd sakini Toğrul Alışov deyib ki, kanalların beton üzlüyə alınması məhsuldarlığa da müsbət təsir edib. “Məzrəli kənd ilə bərabər, daha 20 kəndin sakinləri bu kanaldan istifadə edir. Əvvəlki illərə nisbətən daha çox məhsul götürürük. Ötən il pambıq sahəsindən hər hektara 45 sentner məhsul yığdıq. Çünki sahələrə bol su verildi. Kanalların beton üzlüyə alınması həm də su itkisinin qarşısını alır və torpaq qatına su sızmaları baş vermir. Bu da sahələrin şoranlaşmasının qarşısını alır. Kanalların beton üzlüyə alınmasının digər müsbət tərəfi isə əkin sahələrində suvarma işlərinin vaxtında aparılmasına imkan yaratmasıdır”, - deyə o bildirib.

Qeyd edək ki, rayon ərazisində əsaslı təmir işlərindən başqa cari təmir işləri də yerinə yetirilir. Suvarma kanallarının lildən təmizlənməsi daim diqqət mərkəzində saxlanılır. Həmçinin mütəmadi olaraq suvarma işlərinin keyfiyyətli və vaxtında həyata keçirilməsi üçün hidroqurğularda cari təmir və yeniləmə işləri aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri