Icma.az
close
up
RU
İmişlidə pambıq yığımı və emalı sürətlə davam edir

İmişlidə pambıq yığımı və emalı sürətlə davam edir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

İmişli, 21 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sahələrdə becərilən “ağ qızıl”ın yığılması üçün zəhmətkeşlər səhər tezdən iş başına keçirlər. Traktorlar və kombaynlar sahələrə səfərbər edilir. Pambıq kolları arasında aşağı sürətlə hərəkət edən kombaynın bunkerinə toplanan məhsul qoşqulara boşaldılır. Traktorlar pambığı mümkün qədər tez zavoda çatdırmağa çalışır. Məqsəd birdir: məhsulu itkisiz və optimal müddətdə emala yönləndirmək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonunda pambıq yığımı və emalı prosesləri hazırda intensiv şəkildə davam etdirilir. Mövsüm başlayandan yığılan pambıq emal məntəqəsinə daşınır və burada bütün mərhələlərdən keçərək mahlıc əldə olunur. Baş aqronom Rafiq Dədəkişiyev bildirir ki, yüksək məhsulun əsası vaxtında aparılan əkin və becərmə işlərindən başlayır: “Sahələrimizdə pambıq aqrotexniki qaydalara uyğun olaraq becərilib. Ziyanvericilərə qarşı dərmanlama, məhsuldarlığın artırılması üçün gübrələmə işləri vaxtında həyata keçirilib. Hazırda yığım davam edir. Sahələrdən orta hesabla 33 sentner məhsul götürmək nəzərdə tutulub. Ötən illə müqayisədə məhsuldarlıq daha yüksəkdir.”

Zavoda gətirilən pambıq ağırtonnajlı tərəzilərdə çəkilir, daha sonra saxlanc yerlərinə boşaldılaraq emala yönləndirilir. Buradan elevatorlar vasitəsilə istehsal xəttinə ötürülür.

Baş mühəndis Elçin Əsədovun sözlərinə görə, “Prime Cotton” şirkətinin İmişli filialında mövsüm ərzində indiyədək 3591 ton xam pambıq emal olunub və proses bütün texniki tələblərə uyğun şəkildə davam etdirilir: “Emal olunan xammaldan 1526 ton yüksək keyfiyyətli mahlıc, 1874 ton isə çiyid əldə edilib. Bu nəticə müəssisənin həm məhsuldarlıq, həm də səmərəlilik baxımından güclü mövqedə olduğunu göstərir. İstehsal avadanlıqları Türkiyə istehsalıdır və dəqiqliyi ilə seçilir. Məhsul keyfiyyətinə təsir edən bütün parametrlər real vaxt rejimində monitorinq olunur”.

Hazırda müəssisədə 70-dən çox mütəxəssis və operator prosesə cəlb edilib. Komanda təhlükəsizlik və istehsal protokollarına tam riayət etməklə maksimum məhsuldarlığın qorunmasına çalışır. Filialda sutkada emal olunan 200 ton xam pambıqdan orta hesabla 85 ton mahlıc əldə edilir ki, bu da 42,5 faiz deməkdir. Bu göstərici Prime Cottonun bölgənin pambıq tədarükü və emalı sahəsində aparıcı mövqeyini təsdiqləyir.

İmişli filialında tətbiq edilən yeni optimizasiya yanaşmaları və texnoloji yeniliklər emal gücünün artırılmasına imkan yaradır. Sahələrdən gətirilən pambıq zavodda emal olunaraq kip halına salınır. 200 kiloqramlıq kiplər qablaşdırılaraq saxlanca yerləşdirilir. Emaldan alınan mahlıc iplik fabriklərinə göndərilir və əsasən Türkiyə olmaqla bir sıra xarici ölkələrə ixrac edilir. Çiyid isə yağ emalı müəssisələrinə təhvil verilir.

Bu ilin hədəfi 9500 ton xam pambığın və 4000 tondan çox mahlıcın emalıdır. Məqsəd fermer tərəfdaşlarının məhsullarının dəyərini yüksəltmək və ölkənin pambıq sənayesinin inkişafına davamlı töhfə verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri