Icma.az
close
up
RU
İmişlidə Şəhidlər xiyabanı ziyarət olunub VİDEO AZƏRTAC

İmişlidə Şəhidlər xiyabanı ziyarət olunub VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İmişli, 20 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 35-ci ildönümündə faciə qurbanlarının xatirəsi İmişli rayonunda da izdihamla anılıb. İmişli rayonunda yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi sükutla anılıb, ruhlarına dualar oxunub. Ziyarət zamanı xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin, həmçinin “Qələbə” abidəsinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.

Sonra rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub. Saat 12:00-da isə səs siqnalları verilərək şəhidlərin xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları Bakıya və bir neçə rayona yeridilib. Yanvarın 20-də və sonrakı günlərdə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub. Tarixə Qanlı Yanvar kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. 20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:354
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri