Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Məmurlar qanunun tələblərindən yayınmaq üçün başqa yollar tapacaq Ekspert RƏYİ

Məmurlar qanunun tələblərindən yayınmaq üçün başqa yollar tapacaq Ekspert RƏYİ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Maraqlar toqquşması qanunu formal və dekorativ xarakter daşıya bilər” “Dost-tanışın övladlarını layihələrə cəlb etməklə qanunu dolanmaq mümkündür”

"Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarıldı. Bildirildi ki, sənəd preventiv xarakter daşıyır, məqsəd dövlət idarəçiliyində şəffaflığın artırılması, korrupsiya risklərinin azaldılması və vəzifəli şəxslərin qərarları qərəzsiz qəbul etməsinin təmin edilməsidir.

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından, o cümlədən nəqliyyat vasitələrindən şəxsi məqsədlərlə istifadə etmək qadağan olunur, həmçinin müəyyən qiymətli kağızlardan gəlir əldə etmələri və kənar fəaliyyətlərlə məşğul olmaları məhdudlaşdırılır. Layihədə maraqlar toqquşması yaranan hallarda vəzifəli şəxsin qərarvermə prosesindən kənarlaşdırılması, aktivlərin özgəninkiləşdirilməsi və ya vəzifəsindən azad olunması kimi tədbirlər nəzərdə tutulur. Qanun layihəsi qəbul olunacağı təqdirdə dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək. Xatırladaq ki, qısa müddət öncə Milli Məclisdə, demək olar eyni məqsəd daşıdığı ehtimal edilən "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" adlı yeni bir qanun layihəsi də plenar iclasa tövsiyə olunub. 

Eyni mahiyyət daşıyan və məqsədləri aydın olan qanunların qəbulu zəruridirmi? 

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, “Maraqların toqquşması” beynəlxalq təcrübədə etik norma və etik davranış prinsipi hesab olunur:

- Beynəlxalq təşkilatlarda və beynəlxalq müstəvidə bunun ayrıca qanunla tənzimlənməsinə ehtiyac olub-olmaması məsələsi isə müzakirə mövzusudur. Lakin mənim şəxsi qənaətimə görə, bu qanun daha çox formal, dekorativ xarakter daşıya bilər. Nə üçün? Çünki maraqlar toqquşmasından müxtəlif yollarla və formal üsullarla yayınmaq mümkündür. Burada söhbət nədən gedir? Müxtəlif əməliyyatlarda və biznes fəaliyyətində dövlət qurumlarında çalışan şəxslərin, deputatların, onların yaxın qohumlarının müvafiq layihələrə və dövlət proqramlarına cəlb olunmasının qarşısının alınmasından. Ailə üzvləri vasitəsilə hansısa idarəetmə sistemini nəzarətə götürmək, bu kimi hallar da maraqlar toqquşmasına aid məsələlərdir. Məsələn, əvvəllər biz bir sıra beynəlxalq layihələr həyata keçirirdik. Həmin layihələrin ən fundamental prinsiplərindən biri məhz maraqlar toqquşmasının qarşısının alınması idi. Belə ki, layihələrimizə yaxın ailə üzvlərimizi – həyat yoldaşlarımızı, qohumlarımızı, oğul və qız övladlarımızı cəlb edə bilməzdik. Xüsusilə də mühasibatlıq işlərinə və birbaşa maliyyə məsələləri ilə bağlı fəaliyyətə onların cəlb olunmasına yol verilmirdi. İndi isə qanunvericilikdə yaxın qohumların dairəsi müəyyən edilir və bu dairədən kənarda qalan şəxslər istisna olunur. Nəticədə həmin şəxslər dostlarının övladlarını, yaxınlarını və digər tanışlarını istədikləri layihələrə cəlb edə bilərlər. Üstəlik, bunu edərkən formal olaraq maraqlar toqquşmasının baş vermədiyini də iddia edə bilərlər. Yəni maraqlar toqquşmasından yayınmağın çoxsaylı üsulları var. İstəyən şəxs bu məhdudiyyətləri müxtəlif yollarla keçə bilər. Mənə elə gəlir ki, maraqlar toqquşması məsələsini bütün dövlət qurumlarının, müəssisələrin və biznes strukturlarının diqqətinə çatdırmaq, bunu ümumi etik norma kimi qəbul etdirmək vacibdir. Lakin bu normanın icrasına necə nəzarət olunacağı və onun hansı nəticələr verəcəyi barədə indidən konkret fikir söyləmək çətindir. Bu, bir növ jurnalistlərin peşə etikası kodeksinə bənzəyir. Media, jurnalistlər obyektiv olmalı, şəxsi qərəz daşıyan materiallar yayımlamamalı, kimsənin şərəf və ləyaqətini təhqir etməməli və sair bu kimi bır sıra peşəyə yönəlik tələblər var. Amma bütün hallarda biz bunu görürükmü? Xeyr. Vəzifədən sui-istifadə etməmək, tenderə çıxarılan iri layihələri dost-tanışa tapşırmamaq, öz yaxın çevrəni qalib elan etməmək şərəf və ləyaqət işidir. Buna qanun neyləsin?!.   

İ.Hüseynli qeyd etdi ki, ümumilikdə, bu təşəbbüsün müsbət tərəfləri var. Maraqlar toqquşmasının qarşısının alınması dövlət qurumlarında baş verə biləcək qanunsuz mənimsəmə hallarının və digər sui-istifadə hallarının aradan qaldırılması baxımından əhəmiyyətlidir: 

- Ancaq bunun ölkəmizdə nə dərəcədə effektiv olacağını zaman göstərəcək. Hər halda, qanun qəbul olunsun, tətbiqinə baxaq və nəticələrinin necə olacağını görək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri