Icma.az
close
up
RU
İmkanı uğura çevirmək modeli

İmkanı uğura çevirmək modeli

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın sülh siyasəti bölgəni sabitliyə və tərəqqiyə aparır

Dünya gündəmi, yeni reallıqlar, “böyük güclər”in dəyişən mübarizə üsulları və bu müstəvidə Azərbaycanın özünütəsdiq və qlobal çağırışlara cavab vermək qabiliyyəti. Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovla söhbətimiz bu və digər mövzular ətrafındadır.

– Fikrət müəllim, əvvəlcə dünyada baş verən qlobal dəyişikliklər və bu dəyişiklərin fonunda Azərbaycanın yerinə və mövqeyinə nəzər yetirmənizi istərdik...

– Onu qeyd edim ki, geosiyasi dəyişikliklər və xüsusilə də təhlükəsizliklə bağlı dünya birliyinin narahatlığı beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə mürəkkəb və çoxqütblü vəziyyətdə hər bir dövlət üçün, təbii olaraq, müstəqil və çevik xarici siyasətin aparılması ön plana çıxır. Bu isə milli maraqların effektli müdafiəsi ilə bağlıdır. Azərbaycanın xarici siyasəti məhz bu nöqteyi-nəzərdən atdığı diplomatik addımlar, rəsmi Bakının yürütdüyü kurs praqmatik düşüncəyə və milli maraqların müdafiəsinə söykənir. Bu yanaşma ölkəmizə beynəlxalq səhnədə böyük uğurlar gətirib. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gündən-günə möhkəmləndirir. Ölkəmiz, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır, Asiya ilə əlaqələrini genişləndirir, Türk dünyası ilə inteqrasiyanı daha da dərinləşdirir. Və dünya birliyi bunu yüksək qiymətləndirir. Xarici diplomatiyamızın əsas cəhətlərindən biri məsələlərə və subyektlərə balanslaşdırılmış, praqmatik yanaşmadır. Biz bu siyasətimizin nəticəsində böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla daha yaxın münasibətlər qurmuşuq. Bunun ən bariz nümunəsi kimi Prezident İlham Əliyevin Pekinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasını göstərə bilərik. Bəli, Çin Azərbaycanı Cənubi Qafqazda özünün sabit və etibarlı tərəfdaşı kimi qəbul edir, dünyanın digər “böyük gücləri” də ölkəmizlə hesablaşırlar.

– Ötən ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin vurulmasından sonra gərginləşən Azərbaycan–Rusiya münasibətləri hələ də normal məcraya düşməyib. Siz bu məsələnin “razvyazka”sını necə görürsünüz?

– Azərbaycanın xarici siyasət kursunun digər, həm də çox vacib aspekti qonşu ölkələrlə münasibətlərdir. Aydın məsələdir ki, bu münasibətlər qarşılıqlı hörmət və anlaşma əsasında qurulur. Bu mənada İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini misal göstərə bilərik. Bu tarixi səfərin baş tutması faktının özü ikitərəfli münasibətlərdə yeni bir səhifənin açıldığına dəlalət edir. Həmin səfər zamanı Bakıda imzalanan sənədlər ondan xəbər verir ki, iki qonşu ölkə və dövlət başçıları arasında qarşılıqlı etimad həm yüksəlib, həm də dərinləşib. Bu kontekstdə Azərbaycan–Rusiya münasibətlərinə toxunmamaq mümkün deyil. Dediyiniz kimi, keçən ilin dekabrından Moskva ilə ikitərəfli münasibətlərdə gərginlik zolağı başlanıb. Sərnişin təyyarəmizin Rusiya ərazisində vurulması və 38 nəfərin həlak olması çox ciddi hadisədir. Bu faciə ilə bağlı Bakının tələbləri və şərtləri beynəlxalq hüquq normalarına, eləcə də ikitərəfli münasibətlərin xarakterinə əsaslanır. Faciədə həlak olmuş və yaralanmış sərnişinlərə, onların ailələrinə təzminat ödənilməlidir. Bu cinayəti törədən şəxslər mütləq cəzalandırılmalıdır. Məqamına düşdüyü üçün yada salaq ki, beş il bundan əvvəl Ermənistan ərazisindən Azərbaycan sərhədinə yaxınlaşan hərbi helikopter vurulanda Bakı beynəlxalq hüquqa və ikitərəfli münasibətlərin ruhuna uyğun davranaraq, üzrxahlıq etdi və ekipajın ailələrinə təzminat ödədi. Münasibətlərdə gərginliyin ikinci mərhələsi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı vəhşicəsinə həyata keçirilən həbslər və bu zaman iki soydaşımızın ölümündən sonra başladı. Polisin soydaşlarımıza qarşı zorakılığa yol verməsini əks etdirən videogörüntülər də yayımlandı. Bu hərəkətlərdən sonra münasibətlərin normallaşmasından necə danışa bilərik? Təbii ki, Azərbaycan da adekvat addımlar atmalı oldu. Bunlar hamıya məlumdur.

– İkitərəfli münasibətlərin yumşalması yönündə Rusiya hökumətinin bəzi rəsmilərinin, Dövlət Duması üzvlərinin, hətta XİN rəsmisinin açıqlamalarında pozitiv təşəbbüslər hiss olunmaqdadır. Amma Kreml hələ də susur...

– Son günlər Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlamalarını da eşitdik. İki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Overçukun “ev tapşırığı”nı yerinə yetirdiyi qənaətindəyik. Həmin rəsmilər yaxşı başa düşürlər ki, həm regionda, həm də beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilmiş, aparıcı rola malik Azərbaycanla münasibətlərin pozulması özlərinin ziyanınadır. Onu da nəzərə alaq ki, Ukrayna ilə müharibə səbəbindən Rusiya ciddi sanksiyaların məngənəsindədir. Şimal qonşumuz həm də buna görə Azərbaycandan asılı vəziyyətdədir. Enerji potensialımızdan, iqtisadi-ticari dövriyyəmizdən yararlanan Rusiya bundan yalnız fayda götürür. Onların qorxusu Bakının bu münasibətləri də poza bilməsindəndir.

O ki qaldı Çində dövlət başçımızın Rusiya lideri ilə ayaqüstü salamlaşmasına, bunu böyük bir hadisə kimi qiymətləndirmək lazım deyil. Sadəcə, tədbirin protokoluna və diplomatik etiketə uyğun davranış qaydası idi. Kreml bir tərəfdən Azərbaycana qarşı ideoloji və siyasi hücumların təşkili ilə məşğuldur, digər tərəfdən isə iqtisadi amili qabartmağa çalışır. Hesab edirəm ki, Azərbaycan–Rusiya münasibətləri hələ bir müddət gərgin olaraq qalacaq. Çünki 8 avqust Vaşinqton görüşü, burada Azərbaycan və Ermənistan tərəfindən sülh sazişinin mətninin paraflanması Kremli kifayət qədər qıcıqlandırıb. Axı, Rusiya Bakı və İrəvanın Vaşinqton bəyannaməsindən sonra sülhə yaxınlaşması prosesindən kənarda qalıb. Moskva bu məsələyə zahirən normal yanaşdığını göstərsə də, əslində, başqa cür davrana bilmir. Çünki özü həmişə deyirdi ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpa olunmasının tərəfdarıdır. Amma əsl mövqeyi hərdən aşağılayıcı siyasi ritorika, diplomatik ironiya ilə büruzə verməkdən də çəkinmir. Bunun ən parlaq nümunəsini Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Əlaqələr İnstitutunun tələbələri ilə görüşdə nümayiş etdirdi. Kremlin əsas narazılığı Zəngəzur dəhlizinin (TRIPP) işə düşməsi prosesində ABŞ-ın yaxından iştirak etməsidir. Rusiya rəhbərliyi hesab edir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasının təşəbbüskarı özü olub və bu marşrutun reallaşmasında iştirak etməsindən ötrü əlində kifayət qədər əsaslar mövcuddur. Sanki Moskva başa düşmür ki, həmin bəyanatı imzalamaqla müharibədə hücumu dayandıran, Ermənistana möhlət verən tərəf Azərbaycandır. İrəvan bizim müəyyən tələblərimizi yerinə yetirəcəyi barədə yazılı öhdəlik götürüb. Bəli, sonradan birgünlük antiterror əməliyyatı ilə ərazilərimiz üzərində nəzarəti və suverenliyimizi tam bərpa etdik, rus sülhməramlılarını da Qarabağdan yola saldıq. Danılmaz həqiqət bundan ibarətdir.

– Rusiya son günlər Ermənistana iqtisadi rıçaqlardan istifadə etməklə təzyiqi artırıb. Bu təzyiqlərin səbəbləri barədə nə deyərdiniz?

– Əlbəttə, Rusiya hansısa icarədar şirkətin timsalında ABŞ-ın bölgədə, konkret olaraq Ermənistanda mövcudluğu ilə barışmaq istəmir. Çünki yaxşı anlayır ki, bu baş verəcəyi təqdirdə, onların Cənubi Qafqazda təsir dairəsinə ciddi zərbə dəyəcək. Məhz buna görə Kreml Ermənistana qarşı təzyiqi xeyli gücləndirib. Bu təzyiqlər xüsusilə ticari-iqtisadi sahələrdə açıq müşahidə olunmaqdadır. Məlum səbəblərdən təzyiqlərin hələ bir müddət davam edəcəyinə əminəm. Amma, eyni zamanda başqa bir reallıq da var. O da ondan ibarətdir ki, sülh təşəbbüsünü əlinə alan ABŞ kifayət qədər güclü dövlətdir. Və Ağ Evin bu məsələyə yanaşması və tutduğu mövqeyi qəti, birmənalı və prinsipialdır. Sözümüzü ona gətiririk ki, dünyanın “supergücü” ilə zarafat eləmək, onunla qarşıdurma vəziyyətinə düşmək Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Hesab edirəm ki, rəsmi Moskvanın bölgədə baş verənlərə skeptik yanaşmasına baxmayaraq, indiki şəraitdə bu istiqamətdə ABŞ-a qarşı heç bir addım ata bilməz.

– Şimal–Cənub, Orta Dəhliz layihələri ətrafında müzakirələr səngimək bilmir. Bu zaman bütün tərəflər Azərbaycanın bu nəqliyyat şəbəkəsində oynadığı önəmli rolu etiraf edirlər...

– Çünki hamı reallığı görür və anlayır ki, Azərbaycan regional nəqliyyat və tranzit layihələrinin reallaşmasında çox vacib rol oynayır. Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi ilbəil artmaqdadır. Bu, faktiki olaraq, Şərqlə Qərbi birləşdirən olduqca əhəmiyyətli bir marşrutdur. Onun ölkəmizin ərazisindən keçməsi nəinki regional, hətta qitələrarası inteqrasiyanın genişləndirilməsi deməkdir. Burada Bakı limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, eləcə də digər infrastruktur layihələr həm Azərbaycanın logistik imkanlarını yüksəldir, həm də Avrasiya qitəsində ölkəmizi nəhəng nəqliyyat habına çevirir. Dünyanın aparıcı dövlətlərinin etiraflarına görə, Azərbaycan hazırda enerji və nəqliyyat sektorlarında özünün etibarlı tərəfdaş statusunu təsdiqləyib. Mövzuya onu da əlavə etmək istərdim ki, dünyada çoxqütblü nizamın formalaşması fonunda “orta güc” düşərgəsinə mənsub dövlətlərin mövqeləri güclənməkdədir. Ümumi siyasi balansın formalaşmasında bu dövlətlərin rolu daha qabarıq şəkildə özünü göstərir. Dünyanın siyasi mənzərəsinə baxdıqda görürük ki, qlobal oyunçularla yanaşı, “orta güc” sabit inkişafa, əməkdaşlığa meyilli, dünyanın çağdaş gündəliyinə təsir göstərmək imkanına malikdir. Azərbaycan da özünü “orta güc” kimi təsbit etmiş, özünün müstəqil xarici siyasətini yürüdən dövlətlərdəndir. Müasir dövrdə əməkdaşlıq və tərəfdaşlığın birtərəflilik prinsipi aktuallığını itirib. Gündəmə çoxvektorlu xarici siyasət modelləri daxil olub. Bunlar, ilk növbədə, milli maraqların qorunmasında mühüm vasitəyə çevrilirlər. Azərbaycan çoxvektorlu modeli prioritet seçdiyini Laçında düzənlədiyi üçtərəfli sammitlə bir daha təsdiqlədi. Türkiyə və Pakistan liderlərinin iştirak etdiyi bu görüş həm də Bakının irəli sürdüyü yeni bir formatdır. Təcrübə göstərir ki, məhz bu format qarşılıqlı etimad və ümumi maraqlar əsasında güclü ittifaqların yaranmasını şərtləndirir. Yəni regional çağırışlara birgə və effektiv reaksiya iqtisadi, siyasi və humanitar əlaqələrin möhkəmlənməsi ilə paralel baş verir. Bu müstəvidə Azərbaycan–Türkiyə münasibətləri əlahiddə əhəmiyyət kəsb edir. Biz daim yanaşıyıq, Bakı və Ankara arasında yüksək təmasların intensivliyi bölgədə sabitliyin və tərəqqinin əldə olunması üçün ən ümdə amildir.

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri