Bakıda imkanlı şəxslər yolu şlaqbaumla bağlayıb QURUMLARDAN REAKSİYA YOXDUR VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Binəqədi rayonunda, Baksol yolu ilə 4-cü mikrorayon dairəsi arasında yerləşən alternativ yol naməlum şəxslər tərəfindən bağlanıb. Sakinlərin sözlərinə görə, bu yol uzun müddət sürücülərin tıxacdan yayınması üçün əsas alternativ kimi istifadə olunurdu.
Avtosfer.az xəbər verir ki, bu, ilk belə hal deyil. Daha öncə də Binəqədidə müxtəlif yolların qanunsuz şəkildə bağlanması və ya məhdudlaşdırılması müşahidə edilib. Sakinlər və sürücülər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmır.
Son olaraq, alternativ yola şlaqbaum və “STOP” işarəsi qoyulub və həmin yol tamamilə bağlanıb.
Sürücülər və ərazidə yaşayanlar aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi və yola qoyulan şlaqbaumun sökülməsini tələb edirlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 Mart 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















