Icma.az
close
up
RU
İmmuniteti necə, hansı vasitələrlə möhkəmləndirək? Həkim AÇIQLAMASI

İmmuniteti necə, hansı vasitələrlə möhkəmləndirək? Həkim AÇIQLAMASI

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İmmunitet və ya immun sistem orqanizmə kənardan daxil olan bakteriya, virus, göbələk və s. kimi hər hansı bir yad toxumaya, cismə qarşı mübarizə aparır.

Həmçinin köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edərək bizi onkoloji xəstəliklərdən qoruyur. İmmun sistem ana bətnində formalaşır və ekologiya, həyat tərzi və irs ilə bağlıdır. Bəzi qaydalara riayət etməklə immuniteti möhkəmləndirmək mümkündür.

Saglamolun.az medicina.az-a istinadla xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Tn həkim-immunoloqu Təranə Qonaqova immunitet sistemini gücləndirməyin yolları barədə danışıb.

"Sağlam insanın kənar təsirə ehtiyacı yoxdur, sadəcə immunitetin düzgün işləməsi üçün şərait yaratmaq kifayətdir. Bu, xüsusən payız və qış aylarında aktualdır. Çünki məhz bu aylarda bir çox insanların xəstəliklərə qarşı müqaviməti zəifləyir. Buna səbəb isə günəş işığının azlığıdır. Gün işığı immunitetin təbii stimulyatoru və yaxşı əhval ruhiyyənin mənbəyidir. Pozitiv olun, hər yeni günə sevinin. Eyni zamanda, peyvəndlənməyə laqeyd yanaşmayın.

Özünüzü normal fiziki formada saxlayın. Təmiz havada gəzinti və idman orqanizmi oksigenlə zənginləşdirir, toksik maddələrin bədəndən çıxmasına səbəb olur.

Yuxu rejimi güclü immunitetin əsas şərtidir. Altı saatdan az olan gecə yuxusu immun hüceyrələri olan leykositlərın azalmasına səbəb olur, antidepressant və antioksidant sayılan melatoninin ifrazını azaldır.

Düzgün balanslaşdırılmış qidalar möhkəm immunitetin rəhnidir. Vitaminlərlə, mikroelementlərlə, zülallarla zəngin qidalardan istifadə etmək məsləhətdir. Leykosit hüceyrələrinin sintezini stimullaşdıran vitamin C tərkibli ərzaqlara - alma, sitrus meyvələri, giləmeyvələr, bolqar bibəri, fermentləşmiş kələm, itburnu, cəfəri, şüyüd və s.aiddir.

Vitamin D immun sisteminin stimullaşdırılmasında əsas rol oynayır. Vitamin D defisiti zamanı T-hüceyrələri yetərincə aktivləşmir və bu səbəbdən patogen mikroorqanizmlar vaxtında aşkar olunmadığı üçün xəstəliyin uzun sürməsinə səbəb olur. Yumurtanın sarısı, kərə yağı, dəniz məhsulları, çərəzlər bu vitaminin təbii mənbəyidir.

Vitamin A burun və sinusların selikli qişasının membranlarının bütövlüyünü təmin edir. Leykositlərin faqositar aktivliyini çoxaldaraq baryer funksiyasını təmin edir və bununla da immunitetə təsir göstərir. Balıq yağı, qara və qırmızı kürü, yumurta sarısı, kərə yağı, qara ciyər, tərəvəzlərdən bolqar bibəri, kök, brokkoli, kərəviz kimilər vitamin A mənbəyidir.

Minerallardan vacib olan Sink T-hüceyrələri aktivləşdirir, interferon ifrazını artırır, Timus vəzini stimullaşdırır. Sink ən çox qırmızı ət, qaraciyər, dəniz məhsulları, mərcimək, boranı tumları, küncüt, günəbaxan tumunda və s. rast gəlinir.

Bundan əlavə, immun müqaviməti bağırsağın sağlam mikrobiomundan asılıdır. Əgər bağırsaqda disbalans varsa, bu halda müdafiə zəifləyir. Sağlam balansı saxlamaq üçün fermentləşdirilmiş süd məhsulları, qatıq, yoqurt və tərəvəzi rasiona daxil etmək məqsədəuyğundur.

Stress orqanizmdə bioloji özünüməhvetmə mexanizmini işə salır və bununla da müqavimətə mənfi təsir göstərir, xüsusilə T-limfositlərin sayını azaldır. Qlükoza bir çox patogen orqanizmlər üçün ən arzu olunan qida mənbəyidir. Qlükoza qanda çox olarsa infeksiya ilə mübarizə edən leykositlərin aktivliyi düşür. Bu səbəbdən qənnadı məhsulları, çörək-bulka məmulatı kimi tez həzm olunan karbohidratları rasiondan çıxarıb əvəzində mürəkkəb karbohidratlar və sellülozanı yüksək miqdarda tərkibli məhsullardan istifadə etmək lazımdır.

Mütamadi olaraq alkoqol və nikotin istifadəsi İqM, İqG sintezini pozur, leykositlərin aktivliyini azaldır. Bundan əlavə, bədənin toxuma və mayelərindən bakteriya hüceyrələrinin divarını məhv edən ferment lizosim yoxa çıxmağa başlayır və bunun nəticəsində xəstəlik törədən mikroorqanizmlərə qarşı müqavimət azalır.

Antibiotik qəbulu xəstəlik törədən patogen mikroorqanizmlərdən əlavə bağırsağın vacib olan mikrobiomuna da təsir edir. Nəzərə alsaq ki, bağırsağın immun sistemi bütün orqanizmın immun sisteminin 70-80% -ni təşkil edir, təsəvvür etmək olar ki, bu preparatlar nə dərəcədə immun sistemini zəiflədir. Bu səbəbdən antibiotiklərin qəbulu yalnız məqsədyönlü həkim məsləhəti olduqda tövsiyə olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri