Icma.az
close
up
RU
Uşağın immunitetini necə möhkəmləndirək? Həkim tövsiyələri

Uşağın immunitetini necə möhkəmləndirək? Həkim tövsiyələri

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlarda immunitetin əsası ana bətnində qoyulur. İmmun sistemi çox mükəmməl formada qurulmuşdur.

Onun çatışmazlığı olduqda orqanizmdə çox ciddi dəyişikliklər baş verir. Bunun nəticəsində uşaq tez-tez xəstələnir və təbii ki, antibiotiklərdən istifadə lazım olur.

İmmun sistemi qoruma funksiyasına malikdir. Belə ki, əvvəlcə ağız, burun, dəri vasitəsi ilə mikroorqanizmin daxil olmasını əngələyərkən, eyni zamanda daxil olmuş mikroorqanizmlərin xəstəlik törətməsini və ilərləməsinin qarşısını alır. İmmun sistemi dalaq, limfa vəziləri və digər immun orqanlarının bir yerdə çalışması nəticəsində ortaya gələn qarışıq mükəmməl bir sistemdir.

İmmun sistemi uşaqlıq dövründə möhkəm olmalıdır ki, uşaq yetişkinlik yaşlarda tez-tez infeksion xəstəliklərin verdiyi mənfi təsirlərdən uzaq olsun. Aşırı gigeyinik qaydalara riayət etmək uşağın müxtəif  mikroblarla görüşünün qarşısını alır və bununla da bu mikroblara qarşı immunitetin inkişafına mane olur. Uşaqlarınızın toplumda böyüməsinə, ətraf mühitlə əlaqədə olmasına icazə verin.

İmmun sistem ananın qarnında formalaşmağa başlayır. İlk aylarda zəif olur, lakin uşaq xəstələndikcə və immun hafizə əmələ gəldikcə uşaqları qoruyur. Ananın hamiləliyi, keçirdiyi stress, yediyi qidalar uşağın immunitetinin formalaşmasına təsir edir. Uşaq doğulduqdan sonra onun qidalanması, keçirdiyi infeksion xəstəliklər, fiziki vəziyyəti və sosial-ekonomik halı immun sisteminə təsir göstərən əsas faktorlardandır.

Eyni ailədə böyüyən əkiz uşaqlarda belə immun sistemi müxtəlif ola bilər.

Uşaq 1 il ərzində 7-10 dəfə virus infeksiyası keçirdə bilər. Bu onun immunitetin aşağı olması demək deyil. Əksinə bu zaman orqanizm daha da möhkəmlənəcəkdir. 2-5 yaşlar arasında olan uşaqların 80%-də keçirilmiş xəstəliklərin səbəbi virus infeksiyalardır. Bu infeksiyalar zamanı lazım olmadıqca təyin olunan antibiotiklər dəri, boğaz və bağırsaqdakı mikrofloranın pozulmasına və bilavasitə mikrob rezistentliyinə gətirib çıxarır.

Uşağın immunitetinin normal inkişafı üçün:

- Doğulduğu gündən etibarən lazım olan peyvəndlərini edin.

- Əllərini düzənli sürətdə yumasını təmin edin. Xüsusilə həyətdən, məktəbdən gələndə əllərin yuyulmasının vacibliyini başa salın. Meyvə-tərəvəzi, xüsusən göy-göyərtini təmiz yuyun.

- Uşağı rejimlə və bol vitaminli qidalarla qidalandırın. Protein, karbohidrat və yağlarla zəngin qidaları verməkdən başqa bol vitaminli meyvə və tərəvəzlərdən istifadə edin.

- Bol-bol maye içirdin.

- Yatmağı rejimlə idarə edin. Belə ki, uşaq orqanizmi üçün lazım olan bəzi maddələr, uşaq yuxuda ikən sintez olunur. Məsələn, melatonin adlı maddə buraya aiddir. Bu isə uşaq orqanizminin möhkəmlənməsində və boy atmasında böyük rol oynayır.

- Mövsümə uyğun geyindirin. Uşağı isti saxlamaq onu sağlam etmək demək deyil. Uşaq otağının havasını tez-tez dəyişin. Qışda, payızda həyətə düşməyə qorxmayın. Yağış yağdıqda belə həyətə düşmək və uşağı hər bir hava rejiminə uyğunlaşdırmaq lazımdır.

- Otağın temperaturuna və nəmliyinə mütləq diqqət edin. Belə ki, kondisioner, kombilərin istifadəsi nəticəsində havanın quruluğu artır. Quru hava isə burun kirpiciklərinin hərəkətini məhdudlaşdırır. Bunun nəticəsində orqanizmə daxil olan mikroorqanizmlərə yol açılır. Kirpiciklər daxil olan mikrobların qarşısını ala bilmir. Buna görə otaqda qabın içinə su qoyulmasını tövsiyyə edirik.

- Məcbur olmadıqca insanlar çox olan məkanlara girməyin.

- Yaşına uyğun idmanla məşğul olmasına şərait yaradın, oturaq həyat tərzindən, telefon və kompyuterdən uzaq tutun.

- Uşaqlara çimərkən soyuq duşla da yuyunmağı öyrədin. Belə ki, uşağa +20 və +35 dərəcə arasında dəyişən kontrast duş qəbul etməyi öyrədin.

- Xəstəlikdən qorxmayın. 2-8 yaşındakı uşaqlar mikroblarla tanış olub tez-tez xəstələndikləri bir dönəmdir. Bu yaş dönəmində uşaqların qida rejiminə, yuxunun düzənli olmasına və bədən aktivliyinin yüksək olmasına fikir verilməlidir.

Qidalanma haqqında bir qədər daha geniş danışmaq istəyirəm.

Yenidoğulmuş dövründə ən qiymətli qida ana südüdür. Ana südünü mütləq verin! Ana südünün tərkibində immunititenin yüksəlməsi və uşağın ilk aylarda xəstəliklərdən qorunması üçün xüsusi maddələr var.

Bir şeyi də qeyd edim ki, yaxşı qidalanmamaq immuniteti zəiflədirsə, köklük də orqanizmin immunitetin yetərli olmamasına gətirib çıxara bilən bir haldır.

Uşaq qidası meyvə və tərəvəzlə bol olmalıdır. Belə ki, qışda kələm, gül kələmi, brokolli, cəfəri, kök, balqabaq, ispanaq, yaşıl bibər tövsiyyə edirik. Bu qidalar müxtəlif vitaminlər (A, E, D, C) və minerallarla  (maqnezium, kalium, selenium, zink və s.) zəngindirlər. Meyvələrdən isə portağal, limon və mandarin yeməyi məsləhət edirik. Belə ki, 1 portağal və 2 mandarin günlük vitamin C-nin miqdarını qarşılayır. Alma və kivini bura daxil etmək olar. Xüsusilə almanı zəncəfil ilə bişirib uşaqlara vermək çox xeyirlidir. Mayalı qidalardan qatıq, kefir, ayran tövsiyyə edirik. Onlar probiotik və prebiotik ilə zəngindirlər. Allergiya qeyd edilmədiyi vaxtda isə uşağa bal, yumurta, inək südü və kalsiumla zəngin süd məhsullarından bolluca istifadə etməyi tövsiyyə edirik.

Bu arada vitamin D-ni və günəş vannalarının qəbulunu unutmaq olmaz. Yenidoğulmuş uşaqlarda biz onu xüsusilə tövsiyyə edirik.

Əziz xanımlar, uşaq üçün yeməkləri özünüz hazırlayın, konserv və hazır qidalardan uzaq olun.

Uşaqlar arasında dəmirdefisitli anemiya bəzən çox yayılır və bu da immunitetə təsir edir. Anemiyanın profilaktikası üçün dəmirlə zəngin qidaları (ət, bəhməz, kişmiş, yumurta və s.) bol-bol yemək tövsiyyə olunur.

Son tədqiqatlar zink elementinin insan immunitetində böyük rolunu təsdiq edib. Zink elementinə noxud və ətdə rast gəlinir. Uşaqlarınızı rafinə olunmuş qidalardan mümkün qədər uzaq saxlayın.

Qidaları hazırlayarkən təbii yağlardan, məsələn, zeytun yağı istifadə edin.

Dr. Gülnar Abdullayeva

Pediatr

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri