Icma.az
close
up
RU
İmmuniteti zəif uşaqlarda suçiçəyi ağır keçir Pediatr

İmmuniteti zəif uşaqlarda suçiçəyi ağır keçir Pediatr

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bağça və məktəbə xəstə uşaq göndərmək başqa uşaqlar üçün təhlükədir

Ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxanların sayında azalma müşahidə olunur. Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. "Ölkə üzrə qızılcaya yoluxma halları qeydə alınmayıb. 

Dövlət tibb müəssisələrində qızılca xəstəliyinə qarşı QPM (qızılca, parotit, məxmərək) vaksinindən 10 yaşa qədər uşaqlar üçün, o cümlədən 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün isə QM (qızılca, məxmərək) vaksinindən istifadə olunur. Onu da qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxanların sayında azalma müşahidə olunur",- deyə məlumatda qeyd edilib.


Pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, uşaqları hər cür yoluxucu xəstəliklərdən qorunmaq üçün mütləq vaxtlı-

vaxtında peyvənd edilməlidirlər: 


- Suçiçəyinə yoluxma sayında azalma var, bu, sevindirici xəbərdir. Uşaqları qorumaq lazımdır. Bunun üçün də peyvəndlərin vaxtlı-vaxtında vurdurulması lazımdır. Suçiçəyi yoluxucu xəstəliklərdən biridir. Demək olar, bütün uşaqlar bu xəstəliyi keçirir. Balaca, qırmızı və içində su olan balaca qabarcıqlar əvvəlcə qarın və kürək nahiyəsində əmələ gəlir, sonra bütün bədənə yayılır.  Qaşınma verir, həkim məsləhəti ilə məlhəm çəkilməlidir ki, qaşınma azalsın, uşaq bədənini qaşıyıb sulu qabarcıqların daha çox yayılmasına imkan yaratmasın. Bəzi uşaqlarda görürsünüz, üzündə, bədənin müxtəlif yerlərində çapığa oxşar izlər qalır, batıq yerlər olur, bunlar suçiçəyi qabarcıqlarının qaşınması nəticəsində dəridə qalan izlərdir. Suçəçiyinin əlamətləri sulu qabarcıqlar, bədəndə yüksək hərarət, iştahsızlıq, baş ağrısıdır. Suçiçəyindən qorunmaq üçün çiçək peyvəndi olunmalıdır. Suçiçəyi zamanı bədəndəki qırmızı, sulu ləkələrin üzərinə “zelyonka” - yaşıl brilliant, ya da kalium-permanqanat (marqanes) məhlulu çəkilir. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir. Ağız boşluğunun selikli qişası da xüsusi məhlulla silinir.

V.Qarayev bildirdi ki, dərinin səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Yaxşı olar ki, immuniteti gücləndirmək üçün vitaminlər qəbul edilsin. Həkim təyinatı ilə dərmanlar qəbul edilsin. Amma bu xəstəlikdən sonra uşaqlarda xəstəliyə qarşı yüksək immunitet yaranır, təkrar xəstələnmə halı olmur. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər. Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər. Yoluxmuş uşaqlar bağçaya, məktəbə qəti şəkildə göndərilməməlidir. Sağalma müddəti 10 gün, 2 həftə çəkə bilər. Uşağın immun sistemi zəiflədiyi üçün onu bir müddət qorumaq lazımdır. 


Həkim qeyd etdi ki, kiçik yaşlı uşaqlar hər il icbari dispanserizasiyadan keçirilməlidir: 

- Dispanserizasiya vacibdir, çünki uşaqda hər hansı xəstəlik, səhhətində hər hansı problem varsa, ümumi tibbi yoxlanış zamanı aşkarlanır. Və xəstəlik dərinləşmədən qarşısını almaq daha asan olur. Uşaqlarımız sağlam olmalıdır, bu, birmənalıdır. Ona görə də heç kim övladını nə dispanserizasiyadan, nə də peyvənddən kənar saxlamamalıdır. Uşaqların peyvənddən bəzən kənar qalmasının əsas səbəbkarı valideyndir. Sovet vaxtı immunizasiya məcburi idi və dövlətin strateji məqsədlərinə daxil idi. O zaman uşaqlarını peyvənddən kənar saxlayanlara qarşı ciddi tədbir görülürdü. Təzyiq edilirdi ki, uşaqlar mütləq peyvənd olunmalıdır. İndi insan hüquqları, könüllülük prinsipinə üstünlük verilir. Peyvənddən imtina edən valideyn iltizam ərizəsi yazır, bununla da yaxasını kənara çəkir. Yəni sabah hansısa xəstəlik və ya ölüm halı baş versə, məsuliyyət valideynin üzərində qalır. Amma məsələnin bir başqa vacib tərəfi də var axı. Peyvəndlənməyən uşaq da bağçaya gedir, məktəbə gedir və onun başqa uşaqları yoluxdurma ehtimalı böyükdür. Görürük, bağça yaşlı uşaqlar, məktəb şagirdləri tez-tez xəstələnir. Bunun bir səbəbi də vaxtında lazımi peyvəndlərin vurulmamasıdır. Valideynlər də xəstə, tam sağalmamış uşaqları bağçaya, məktəbə göndərir.  Xəstəlikdən hələ sağalmamış uşaq yenidən xəstələnir, hələ başqa uşaqları da xəstələndirir. Məktəb rəhbərliyi, müəllimlər buna diqqət etməli, uşaq tam sağalmayınca, dərsə gəlməsini tələb etməməlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri