Icma.az
close
up
RU
Bu qidalar uşaqlarda xərçəng riskini artırır Pediatr

Bu qidalar uşaqlarda xərçəng riskini artırır Pediatr

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanların artıq çəki alması, piylənməyə meyillənməsi, əslində, düzgün olmayan qidalanmadan və yaşam tərzindən xəbər verir. Bu cür vəziyyət son zamanlarda uşaqlar arasında da çox müşahidə olunur.

Pediatr Nigar Abdullayeva Redaktor.az-a açıqlamasında bildirib ki, bu problemin aradan qaldırılması üçün uşaqların daim müayinələrdən keçməsi vacibdir:

"Uşağın çəki-boy dəyərləri daim pediatr müayinəsində olmalı və dəyərləndirilməlidir. Xüsusi persentil cədvəllər olur ki, orada hər uşağın yaşına uyğun bu göstəricilər əks olunub. Piylənmənin səbəbi həm də irsi ola bilər və bir sıra endokrin xəstəliklərlə, hormonlarla əlaqədar ola bilər. Bunu öyrənmək üçün bir neçə analizlərə baxılır və ona uyğun olaraq valideynə tövsiyələr verilir”.

N.Abdullayeva məsləhətli uşaq qidalarından danışıb:

“Uşaqlar üçün evdə hazırlanan qidalardan istifadə olunmalıdır. Kartof frilər, hamburgerlər və bu cür fəstfud qidalar, qazlı və enerjik içkilərin istehlakı uşaqlar üçün yolverilməzdir. Bununla yanaşı, onlar konserogen qidalar olduğuna görə xərçəng riskini də artırır. Uşaqlarda meyvə-tərəvəzin, ət məhsullarının, süd məhsullarının istifadəsinə üstünlük verilməlidir. Karbohidrat üçün gərəkli olan çörəyin istehlak miqdarı da həddindən artıq olmamalıdır”

Pediatr onu da qeyd edib ki, uşaqların uzanıq vəziyyətdə televizor izləməsi, planşet və ya telefon istifadə etməsi onlarda hipodinamiya səbəbindən piylənmənin yaranmasına gətirib çıxarır:

“Bunun qarşısını almaq üçün valideynlər uşaqları müəyyən idmanlara qoya bilərlər. Bu mümkün olmadığı təqdirdə  isə uşaqları gəzdirməyə çalışmalıdırlar. Xüsusən böyük yaş qrupu uşaqların gün ərzində ən az  bir saat gəzməsi bu problemlərin yaranmasının qarşısını almağa kömək edir”.

Sevinc  İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri