Icma.az
close
up
RU
İmtahan fırıldaqları: Texnologiya cinayətə necə çevrildi?

İmtahan fırıldaqları: Texnologiya cinayətə necə çevrildi?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Texnologiyaların inkişafı təkcə həyatımızı asanlaşdırmaqla kifayətlənmir, bəzən bu imkanlardan sui-istifadə halları da baş verir. Son dövrlərdə imtahanlarda texniki vasitələrlə kütləvi şəkildə fırıldaqçılıq hallarının artması ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Sfera.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz imtahanlarda texnologiyalardan istifadə edilməklə törədilən fırıldaqçılıq hallarına münasibət bildirib. 

O bildirib ki, bu məsələ artıq fərdi hal olmaqdan çıxaraq sistemli şəkildə təşkilatlanmış bir cinayət modelinə çevrilib.

O.Gündüz deyib ki, əvvəllər imtahanlarda hansısa texniki vasitələrdən istifadə edən şəxslər barmaqla sayılacaq qədər az idi:

“Dövlət İmtahan Mərkəzinin detektorları bu halları asanlıqla aşkarlayırdı. Amma indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu işi sistemli şəkildə bir növ "xidmət sahəsinə" çeviriblər. Bu gün imtahanda uğur qazanmaq istəyənlər üçün texnoloji dəstək paketləri hazır şəkildə təklif olunur. Kim istəsə, ona mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi router və digər bu kimi avadanlıqlardan ibarət "gizli texnologiya paketi" təqdim olunur. Yəni, tələb varsa, təklif də var”.

O.Gündüz bildirib ki, məhz bu cür xidmət təklif edən bir şəbəkənin üzvləri saxlanılıb:

“Əldə etdiyim məlumata görə, həmin şəxslər barəsində məhkəmə qərarı var, cinayət işi açılıb və istintaq aparılır. Həmin vasitələrdən istifadə edən bəzi abituriyentlərin nəticələri isə ləğv olunub. Əməliyyat DİM-in müşahidələri və rəsmi müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilib. Görünür ki, bu halların artması və müəyyən bölgəyə, qrupa aid olan şəxslərdə təkrarlanması şübhələrə yol açıb. Süni intellekt və müşahidə kameraları vasitəsilə imtahan zamanı şübhəli davranışlar qeydə alınıb. Ən narahatedici məqam bu prosesin artıq fərdi təşəbbüs kimi deyil, hazır xidmət kimi – pul qarşılığında təklif olunmasıdır. Bu, artıq kütləviləşən, təşkilatlanmış və kommersiya məqsədilə təqdim edilən texnoloji cinayət modelidir. Bu səbəbdən də məsələ son dərəcə ciddidir”.

Ekspert bildirib ki, bu şəbəkənin ifşası və məsuliyyətə cəlb olunması təqdirəlayiq addımdır. Lakin onun fikrincə, bu hadisə bir daha göstərdi ki, məsələ bir neçə abituriyentin fırıldaq etməsindən ibarət deyil:

“Əsas problem texniki savadı olan bəzi şəxslərin bu bilikləri cinayətə yönəltməsidir. Bir neçə gün öncə də kiber cinayət törədən bir gəncin məhkəmə prosesi cəmiyyətin gündəmində idi”.


O.Gündüz onu da vurğulayıb ki, belə potensiala malik şəxslərin bu bilikləri ölkənin inkişafına yönəltməsi üçün şərait yaradılmalıdır:

“Mən hesab edirəm ki, dövlət, cəmiyyət, xüsusilə də təhsil və innovasiya qurumları səfərbər olmalıdır. Bu potensial insanlar fırıldağa yox, inkişaf yönümlü layihələrə cəlb edilməlidir”.


Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 İyul 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri