Icma.az
close
up
RU
İmtahan nəticələri ləğv oluna bilər? AÇIQLAMA

İmtahan nəticələri ləğv oluna bilər? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 9 və 15-də keçirilən buraxılış imtahanları ilə bağlı sosial şəbəkələrdə səslənən şikayətlər, xüsusilə sualların çətinliyi və vaxtın azlığı ilə bağlı narazılıqlar, təhsil sistemi üçün diqqətəlayiq məqamdır. İmtahan nəticələrinin yenidən qiymətləndirilməsi və ya nəticələrin ləğvi isə yalnız ciddi prosedur pozuntuları, texniki xətalar və ya sualların düzgün tərtib olunmaması hallarında mümkün olur. Bəs belə şəraitdə imtahan nəticələrinin ləğvi mümkündür?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər il qəbul və buraxılış imtahanlarından sonra Dövlət İmtahan Mərkəzinin ünvanına çoxlu ittihamlar səslənir. 
"Açığı, bəziləri haqlı, bəziləri isə haqsızdır. Amma ümumilikdə buraxılış imtahanları ilə bağlı, xüsusilə son üç-dörd ildə, hər il eyni məzmunlu müzakirələr aparılır. İnsanlar bildirirlər ki, suallar orta təhsil məktəblərində keçirilən tədris proqramına uyğun deyil, daha çox Mərkəzin öz tərtib etdiyi vəsaitlərdən hazırlanır. Bu kimi məsələlər uzun müddət narazılıq doğurub, və bu il bu narazılıq daha geniş müzakirəyə səbəb oldu. Amma sual yaranır. imtahan nəticələri ləğv oluna bilərmi? Mən buna inanmıram. Çünki belə müzakirələr hər il olub, müəyyən əsaslandırılmış müraciətlərə baxılıb, lakin ümumi nəticələrin ləğvi ilə bağlı heç bir qərar verilməyib".
Ekspert bildirib ki, sadəcə apellyasiya müraciətlərinə baxılıb və bəzi iddiaçıların maraqları təmin olunub. 
"Yəni müraciətçi, sualın qoyuluşu və ya cavabı ilə bağlı haqlı hesab olunub. Amma imtahanların nəticələrinin ümumilikdə ləğvi mümkün görünmür. Müzakirələr aparıla bilər, amma nəticələr dəyişməyəcək. Ötən ilin qəbul imtahanından sonra Dövlət İmtahan Mərkəzinə rekord sayda apellyasiya müraciəti olmuşdu. Bunun məqsədi yalnız kifayət qədər əsaslandırılmış problemləri göstərmək idi. Bu məsələlər mediada işıqlandırılsa da, nəticələrdə dəyişiklik olmadı. Əsas məqsəd isə imtahan nəticələrinin ləğvi deyil, gələcəkdə islahatların aparılmasıdır. Alternativ variantlar təklif edilməli, universitetlərə müəyyən muxtariyyət verilməlidir ki, yüksək proqramlar üzərindən qəbul imkanları tanınsın. Məsələn, ADA Universitetində SAT ilə qəbul tətbiq olunur. Bu praktik nümunə digər universitetlərdə də tətbiq edilə bilər. Universitetlər yüksək istedadlı məzunları ölkədə saxlamaq üçün təqaüd və digər təşviqedici proqramlar tətbiq edə bilərlər. Çünki hər il Dövlət İmtahan Mərkəzinin nəticələrindən razı qalmayan şagirdlər xaricə üz tutur. Təəssüf ki, bu, çox böyük sayda abituriyenti əhatə edir. Məqsəd isə gəncləri Azərbaycanda saxlamaq və beyin axınının qarşısını almaq olmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri