İmtahan suallarını hazırlamaq üçün testologiya mərkəzi yaradılsın TƏKLİF
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Biz illərdir bu məsələ haqqında danışırıq. DİM-in nəticələrini müzakirə edirik. Narazılıq varsa, demək problem var".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarının sualları ilə bağlı mövzunu şərh edərkən bildirdi.
Onun sözlərinə görə, problemi yaradan səbəbləri aşkarlayıb, onları aradan qaldırmaq lazımdır.
"Problemi yaradan səbəblər isə DİM-in indiki statusu və ölkədə yekun attestasiyanın aparılma qaydalarıdır. Biz illərdir təklif edirik ki, DİM imtahanı keçirən texniki bir qrupa çevrilsin. Testləri hazırlamaq üçün ya prezident yanında, ya da Nazirlər Kabineti yanında testologiya mərkəzi yaradılsın. Həmin testologiya mərkəzi həm Elm və Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi ilə birlikdə fəaliyyət göstərsin. DİM imtahanı keçirsin, sualları hazırlamasın. Belə olduqda DİM-ə qarşı etirazlar səsləndirilməz".
Ekspert qeyd etdi ki, suallar hal-hazırda abituriyentlərin səviyyələrinə uyğun olaraq hazırlanmalıdır.
"Axı məqsəd abituriyentlərin bilik və bacarıqlarını qiymətləndirməkdir. Məsələn, testologiya mərkəzi müəyyən sınaqlar keçirməklə şagirdlərin elm və bacarıq səviyyəsini ölçə bilər. Nə qədər ki, biz bunu etmədən müzakirə etsək, heç nə dəyişməyəcək. Reallıq odur ki, problemlərin kökü DİM-in sualları həm hazırlayıb, həm imtahanı keçirməsidir. Bilik və bacarıqlar məktəbdə öyrədilir. Həmin suallara cavab vermək üçün insanlar kütləvi şəkildə repetitorluğa üz tuturlar. Təklif edərdim ki, nəticəni aradan qaldıraq. Bunun üçün isə bu sahədə islahat aparılmalıdır", - deyə E.Qafarov vurğuladı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 10 Mart 2025 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















