Icma.az
close
up
RU
İmtahanda unikal hadisə: Ana və qızı eyni gündə yüksək baş topladı (FOTO)

İmtahanda unikal hadisə: Ana və qızı eyni gündə yüksək baş topladı (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanının növbəti mərhələsi başa çatıb. Sertifikatlaşdırma prosesinin beşinci günündə fizika fənni üzrə Şəki-Zaqatala regionu üzrə 518 müəllim imtahanlara qatılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, imtahana qatılan 518 müəllimin arasında iki nəfər də vardı - ana Aynur Qədirova və qızı Leyla Yusifova.  

Onların hər ikisi fizika müəllimidir. 

Aynur Qədirova Şəkinin Dəhnə kənd tam orta məktəbin fizika müəllimidir və 30 ilə yaxındır ki, kənddə bu fəndən dərs tədris edir. Qızı Leyla isə müəllimlərin işə qəbulu imtahanlarından uğurla keçərək rayonun Turan qəsəbəsində çalışır. Onlar imtahana birlikdə qatılıb. 

Bu maraqlı məqam isə Bizim.Media-nın əməkdaşının diqqətindən yayınmayıb.

İmtahandan əvvəl fürsətdən yararlanıb ana və övladına yaxınlaşırıq. Aynur müəllimə bu sahədə on illər çalışmasına baxmayaraq, yüzlərlə şagird yetişdirsə də, çox həyəcanlı olduğunu deyir. Təcrübəli müəllim "Hər dəqiqənin bir hökmü var, hər şey ola bilər. Əlbəttə hər kəsin arzususudur ki, ən yüksək nəticə göstərsin. Hər kəsə uğur diləyirəm” deyərək imtahanların sonunu gözləməyi tövsiyə edir. 

Leyla isə çox rahat və sakit görünür və imtahandan keçəcəyini hətta nəticəsinin yüksək olacağına əmin görünürdü. 

Beləcə imtahanlar başlayır.  Saat 13-dən başlayaraq imtahan zallarının qapısı açılır. Müəlimlər bir-iki çıxmağa başlayır. Kimi yenə gərgin və əsəbi, kimi gözüyaşlı və kimlər də üzündə gülüş dolu məqamlarıyla yadda qalır. 

Və budur ana və övladının da qapıdan çıxması diqqətimizdən yayınmır. 

Onların gözlərində sevinc hiss olunur.  

- Aynur müəlliməni təbrik edirik. İnanırıq ki, nəticəsi əladır...

- Çox sağ olun. Bəli, 56 bal toplamışam. Doğrusu çox həyəcanlı və narahat idim. Sizinlə səhərki söhbətdən sonra isə məsuliyyətim daha çox artmışdı.  

- Bəs Leyla müəllimədə vəziyyət necədir? 

- Leyla qızım, 53 bal toplayıb. Bir az tələskənliyə yol verib. Əlbəttə, təcrübə öz sözünü  deyir. Yəqin evdə daha rahat müzakirə aparıb səhvlərimizi görə və təhlil edə biləcəyik”, deyərək ailə üzvlərinin yanına istiqamət alırlar. 

Regional təhsil idarəsindən bildirilib ki, imtahanlarda 60 sual təqdim edilir və hər düzgün sual 1 balla cavablandırılır. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.  

Qeyd edək ki, 30-50 arası bal toplayanlara maaşın 10 faizi, 51 və daha çox bal toplayanlara isə müsahibə mərhələsindən sonra maaşın 35 faizi qədər artım əlavə olunur.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri