Icma.az
close
up
RU
İmtahandan 100 bal toplayan müəllim: “Nəzarətçiləri çağırdım ki...” MÜSAHİBƏ

İmtahandan 100 bal toplayan müəllim: “Nəzarətçiləri çağırdım ki...” MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. 

70 minə yaxın namizədin iştirakı ilə keçirilən test imtahanları 3, 4, 8–10 iyul tarixlərində ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunub.

Bu imtahanlardan uğur qazanan müəllimlərin də sayı kifayət qədərdir. Müsahibimiz Bakı şəhəri 159 daylı məktəbin ingilis dili müəllimi Gülbahar Quliyeva müəllimlərin işə qəbulu (MİQ) imtahanından 100 bal toplayıb:

"Cebheinfo.az" onun “Cümhuriyət”-ə müsahibəsini təqdim edir:

- Siz artıq ikinci dəfədir ki, MİQ imtahanında iştirak edirsiniz. Hazırda çalışan bir müəllim olaraq niyə MİQ imtahanında iştiraka qərar verdiniz?
- Mən 4 ildir ingilis dili müəllimi olaraq məktəbdə çalışıram. 2021-ci ildə MİQ imtahanı ilə işə qəbul olunmuşam. Builki MİQ imtahanı mənim ikinci imtahanımdır. Mən bu il həm də sertifikasiya imtahanında iştirak edib, imtahanda 56 bal toplamışam. Bu il artıq çalışdığım müddətin 3 ili tamam olduğu üçün MİQ-də də iştirak edə bilərdim. 

Ona görə də həm sertifikasiya, həm də MİQ imtahanında iştirak etdim. Fikirləşdim ki, bununla görüm nə qədər inkişaf etmişəm, yaxud geriləmişəm. Yəni imtahanda özünü yoxlamaq üçün iştirak etmişəm. Konkret olaraq iş yerini dəyişmək məqsədilə imtahana getməmişəm. Bu istiqamətdə hələ tam qərar verməmişəm. 

- Hər iki imtahanda iştirak edən müəllim olaraq bu imtahanları necə dəyərləndirirsiniz?

- Bu il sertifikasiya imtahanı MİQ imtahanı ilə müqayisədə daha çətin idi. MİQ mənə daha rahat gəldi. Ancaq ümumilikdə MİQ imtahanında həm asan, həm də çətin suallar var idi. Yəni hər səviyyədə suallar oldu. 

- MİQ imtahanında 100 bal toplamanızın ilk təəssüratı necə oldu?

- Əslində əvvəl şok oldum. Yəni mən sualları yazdıqca 90 baldan yuxarı gözləyirdim. Birdən-birə 100 balı gördükdə gözlərinə inana bilmirsən. Nəzarətçiləri çağırdım ki, siz də baxın, bəlkə mən səhv görürəm. Onlar da gəlib baxdılar və dedilər ki, səhv görməmisən, 100 bal toplamısan. Mən imtahanı onsuz da 50 dəqiqə tez bitirmişdim. Bir daha da sualları nəzərdən keçirmək şansım oldu. Vaxt problemi də yaşamadım. 

- Ümumiyyətlə, xarici dil müəllimi olaraq bu gün şagirdlərin həmin fənnə marağını necə dəyərləndirirsiniz?

- Şagirdlərin marağı fəndən daha çox müəllimdən asılıdır. Sevdirə bilsək, şagirdlər bütün fənləri sevə bilərlər. Sadəcə olaraq onlara stimul vermək, onlarda həvəs yaratmaq lazımdır. Bu zaman onlar fənni həvəslə öyrənəcəklər. Mənə elə gəlir bu stimulu, həvəsi uşaqlarda yarada bilirəm. Çünki bunu dərs keçdiyim uşaqlarda görə bilirəm.

Bu gün hansı peşəyə yiyələnsələr də ingilis dilini bilməlidirlər. Hər bir peşədə ingilis dili ilə bağlı nəsə var. Mən artıq öz şagirdlərimdə də görürəm ki, həqiqətən də onlar bunu hiss edirlər. Hətta mən şagirdlərlə iş zamanı gündəlik həyatla ingilis dilini əlaqələndirirəm ki, onlar bu dili niyə öyrənməli olduqlarını başa düşsünlər. İngilis dilini həyatda rolunu bildikdən sonra şagirdlər bu dili öyrənməyə daha həvəslə yanaşırlar. 

- Son vaxtlar belə bir fikir yaranıb ki, şagirdlərin ali məktəbə qəbulu zamanı qazandıqları uğurlar məktəbin yox, repetitorun uğurudur. Bu fikirlə razılaşırsızmı? 

- Mən bu fikirlə razı deyiləm. Çünki repetitorların əksəriyyəti elə məktəbdə çalışan müəllimlərdir. Şagirdin bazası olmasa, məktəbdə heç nə bilməyən uşaq nə qədər hazırlığa getsə də, qəbul imtahanında yüksək nəticə göstərə bilməz.

Məncə, öz işinə vicdanla yanaşan hər bir müəllim məktəbdə dərsi necə keçirsə, şagird də o dərsdən çox şey öyrənir, nəinki həftədə bir neçə saat gedib hansısa repetitordan nəsə öyrənməklə. Həqiqətən də oxuyan, fənnə həvəsi olan şagird məktəbdə bunu öyrənir, təməli orada qoyulur. Şagirddə həvəs olsa, o, bunu davam etdirə bilər. 

-Siz dərsdən əlavə repetitorluqla məşğul olursuzmu?

- Yox, hələ repetitorlulqa məşğul olmuram. Hazırda sırf orta məktəbdə çalışıram. Əgər şagirdin ehtiyacı varsa, dərsi öyrənməkdə çətinlik çəkirsə, buna normal baxıram. Hər şagirddə hər bir fənn eyni cür inkişaf edə bilmir, eyni maraq olmur. Bu zaman repetitorluqla məşğul olmağın mənfi tərəfi yoxdur. 

- Bəzi müəllimlər belə bir fikir səsləndirirlər ki, davamlı olaraq imtahan veririk. Qeyd edirlər ki, universitet təhsili alıblar, niyə yenidən imtahana cəlb olunmalıdırlar? Bu fikir nə dərəcədə doğrudur?

- Xeyr, mən bu fikirlə razı deyiləm. Çünki universitetdə keçdiyimiz proqramla orta məktəb proqramı çox fərqlidir. Eyni zamanda, dərsliklər bir neçə ildən bir tamamilə dəyişir. Bizim orta məktəbdə oxuduğumuz dərsliklər deyil. Hər il metodika, üsullar dəyişir, inkişaf edir. Bundan xəbəri olmayanlar necə indiki proqramı öyrədə bilərlər? 

Mən həm sertifikasiya, həm də MİQ imtahanının tərəfdarıyam. Çünki özüm MİQ imtahanına çox ciddi hazırlaşmışam. Hazırlaşdığım ilk ildə də işə qəbul olunmuşam. Üç il sonra da sertifikasiya imtahanında 56 bal toplamışam və əməkhaqqının 35 faiz artımı tətbiq olunub. Həm də artıq 4 ildir çalışmağıma baxmayaraq özümü də yoxladım. 

Bu imtahanın olması məsuliyyətdir. Digər tərəfdən, müəllimin davamlı inkişafına xidmət edir. Müəllim öz üzərində məsuliyyət hiss edir ki, mən oxumalıyam, özümü təkmilləşdirməliyəm və bu imtahandan uğur qazanmalıyam. Hazırda dünyada hər şey inkişaf etdiyi kimi müəllim özü də inkişaf edib təkmilləşməlidir ki, müasir dünyanın tələbləri ilə də ayaqlaşa bilsin. 

- Yəqin ki, 5 il sonra siz yenidən sertifikasiya imtahanında iştirak etməli olacaqsız. Yenidən imtahanda iştirak zamanı sualların daha da çətinləşəcəyinidüşünürsünüzmü?

- Ola bilsin 5 il sonra imtahanının formatında da dəyişiklik olsun. Mövzularla yanaşı, bəlkə kitablar da dəyişdi. Ona görə də mən öz üzərimdə məsuliyyət hiss edirəm ki, imtahan 5, yaxud 10 ildən sonra da olsa mütləq hazırlaşmalı, təkmilləşməli və bu imtahandan da keçməliyəm. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: imtahan müəllim müsahibə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see207

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri