Icma.az
close
up
RU
İmtahanlarla bağlı problem davam edir: Nəticələrin ləğvi mümkündürmü?

İmtahanlarla bağlı problem davam edir: Nəticələrin ləğvi mümkündürmü?

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il martın 9-da və 15-də keçirilmiş buraxılış imtahanları cəmiyyətdə geniş etirazlara səbəb olub. Sosial şəbəkələrdə çoxlu sayda “Suallar çox çətin idi”, “Vaxt az idi” kimi paylaşılan statuslara minlərlə şərhlər yazılıb.
Əksər istifadəçilər imtahan suallarının çətinliyini, anlaşılmazlığını, qəlizliyini vurğulayıblar. Dövlət İmtahan Mərkəzi (DİM) isə etirazları qəbul etmədiyini bildirib. Rəsmi açıqlamalara görə, testlərdə sadə, orta və çətin sualların nisbəti nəzərdə tutulub və imtahan müddəti əvvəlki illərdən fərqlənmir.
DİM doğru qiymətləndirməni yalnız statistik təhlil və əvvəlki illərlə müqayisədən sonra verəcəyini bildirib.
Azərbaycan dili dərsliklərinin həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov isə hesab edir ki, çətin sualların sayı çox olsa da, problem sualların məzmununda deyil, onların formalarındadır.
Demokrat.az xəbər verir ki, o “Pressklub.az”a müsahibəsində bildirib ki, adi bir biliyi yoxlamaq üçün sual elə tərtib olunub ki, şagird uzun müddət onun üzərində düşünməli olur. Bəlkə də həmin suallar DİM-in test bazasında “asan” və ya “orta çətinlikli” kimi şifrələnib.
Lakin Rafiq İsmayılov vurğulayıb ki, forma qəlizliyi qiymətləndirməni düzgün aparmağa mane olur: “Şagird biliyə malik olsa da, sualın ifadəsi bu biliyi nümayiş etdirməyə imkan vermir”.
Forma qəlizliyi barədə danışan Rafiq İsmayılov bildirib ki, DİM testlərində tətbiq olunan “klaster” və “Venn diaqramı” modelləri çox zaman dörd komponentdən ibarət olur: şərt, sxem və ya diaqram, sadalanan xüsusiyyətlər və cavab variantları.
O deyib ki, bəzən sualların şərti aydın ifadə olunmur və onları bir neçə dəfə oxumaq lazım gəlir. Bundan başqa, testlərdə çox vaxt yanlış cavabı tapmaq tələb olunur ki, bu da çətinliyi artırır. Hətta “Doğru–yanlış–ehtimal” modelində yanlış cavab “yanlış” sütununda verilir, şagird isə onu doğru cavab kimi götürməlidir.
Rafiq İsmayılov bildirib ki, Azərbaycan dili imtahanında dil qaydalarının hazırkı qiymətləndirmə konsepsiyası “mənəvi qocalıq” dövrünü yaşayır: “Məzmun baxımından testlər 25 il əvvəlki testlərdən fərqlənmir. Fərq yalnız forma və sual modellərindədir”. 
O deyib ki, müasir dil tədrisinə görə, dil qaydaları yazı bacarığını formalaşdırmağa xidmət etməlidir, amma son illərdə DİM testlərində akademik biliklər prioritet götürülüb. Onun sözlərinə görə, builki imtahanda on sualdan yalnız biri dil qaydalarının nitqdə tətbiqini yoxlayır, qalanları akademik biliklə bağlıdır.
Oxu bacarığı ilə bağlı Rafiq İsmayılov bildirib ki, problem mətni uzunluğu deyil, test tərtibçilərinin mətndə çoxlu müdaxilələr etməsidir: qrafik kodlar, kvadratlar, üçbucaqlar, cümlə və abzasların çərçivədə verilməsi, fərqli şriftlər və s. 
O qeyd edib ki, bu müdaxilələr şagirdin fikrini yayındırır və mətni rahat oxumağa mane olur. Rafiq İsmayılov deyib ki, mətni dil-üslub baxımından təkmilləşdirmək yazı bacarığını yoxlayan ayrıca sual kimi tətbiq olunmalıdır.
Rafiq İsmayılov bildirib ki, DİM ekspertləri tədris proqramı və dərslik materialları çərçivəsində işləyir və hər bir test sualının uyğunluğu yoxlanılır. 
O deyib ki, uyğunsuzluq qiymətləndirmədə nəyə üstünlük verilməsindən yaranır: “Akademik bilikləri yoxlamaq peşə yönümlü şagirdlər üçün lüzumsuzdur”. 
Onun sözlərinə görə, təhsil hələ də imtahanyönümlüdür və dərsliklərlə imtahan metodikası qarışdırılır. Bəzən müəllimlər dərslikləri kənara qoyub DİM vəsaitləri ilə şagirdləri imtahana hazırlaşdırır, halbuki dərsliklər şagirdin şəxsiyyətyönümlü inkişafı üçün vacibdir.
Rafiq İsmayılov deyib ki, dünya təcrübəsi göstərir ki, təhsil verən və qiymətləndirən qurumlar ayrı olmalıdır, lakin əməkdaşlıq təhsilin inkişafı üçün faydalıdır. O bildirib ki, Azərbaycan dilində mətnlərin mürəkkəblik dərəcəsini ölçən meyarlar müəyyənləşdirilməli, şagirdlərin söz ehtiyatı və oxuyub-anlama sürəti barədə məlumatlar hazırlanmalıdır.
Onun sözlərinə görə, görüləcək işlər çoxdur və bütün qurumlar təhsilin inkişafını prioritet kimi qəbul etməlidir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Mart 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri