DİM dən imtahanlarla bağlı açıqlama
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən bütün imtahanlar statistik cəhətdən təhlil olunur və “Abituriyent” jurnalının 12-ci sayında ictimaiyyətə təqdim ediləcək”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, hazırda 2023-cü ildə keçirilmiş bütün imtahanlar — magistratura, rezidentura, qəbul və buraxılış imtahanları üzrə elmi-statistik təhlillər DİM-in rəsmi saytında yerləşdirilib.
“2024-cü il üzrə təhlil isə yaxın vaxtlarda yekunlaşacaq və ənənəvi olaraq “Abituriyent” jurnalının 12-ci buraxılışında dərc olunacaq. 2025-ci ildə isə imtahanlar hələ keçirilmədiyindən, statistik təhlil yalnız imtahanlar və qəbul kampaniyası başa çatdıqdan sonra aparılacaq”, - deyə X.Xanlarzadə əlavə edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















