Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

İmtahanlarla bağlı sirr qalan məqam Məhv edir...”

İmtahanlarla bağlı sirr qalan məqam Məhv edir...”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Tədris ili başa çatmadan buraxılış və blok imtahanlarına start verilməsi hələ də müzakirə mövzusu olaraq qalır. Şagirdlər ilin proqramını tam öyrənmədən necə imtahana cəlb olunması, imtahan suallarının hazırlanma qaydası və qiymətləndirmə prosesi barədə narazılıqlar artmağa davam edir. Təhsil ekspertləri də məsələ ilə bağlı iradlarını bildirməyə davam edir. Bəs digər ölkələrdə durum necədir?

Məsələni “Yeni Sabah”la müzakirə edən təhsil eksperti Kamran Əsədov bildirib ki, erkən imtahanların təşkili Dövlət İmtahan Mərkəzi üçün texniki baxımdan daha çox idarəolunan proses yaradır:

“Nəticələrin yoxlanması, apellyasiya prosedurları, statistik təhlillər və ali məktəblərə qəbulun mərhələli aparılması baxımından bu təcrübə logistika nöqteyi-nəzərindən daha effektiv sayılır. Eyni zamanda, bu sistem ali təhsil müəssisələrinin əvvəlcədən kontingent planlaşdırmasına imkan verir. Lakin bu texniki üstünlüklər pedaqoji zərərləri kompensasiya edə bilmir.

Dünya təcrübəsində isə vəziyyət tamam fərqlidir. Məsələn, Almaniyada Abitur imtahanları yalnız tədris proqramı tam başa çatdıqdan sonra keçirilir. Fransada Baccalauréat imtahanları üçün tədris ili rəsmi olaraq başa çatmadan heç bir imtahan keçirilmir. Hətta ABŞ-da belə, tədris proqramının müəyyən fənlər üzrə tədrisi tamamlanmadan “end-of-course assessment” sisteminə keçid yolverilməz sayılır. Bu ölkələrdə tədris və qiymətləndirmə ayrılmaz şəkildə bir-birini tamamlayır, biri digərinin əvəzində deyil, ardıcıl və səbəblə nəticə arasında əlaqəli şəkildə tətbiq olunur”.

Ekspert qeyd edib ki, mövcud praktikanın davam etməsi tədris prosesinə olan ictimai inamı sarsıdır:

“Şagirdlər imtahanı keçdikdən sonra dərslərə marağını tamamilə itirir, müəllimlər “zəif davamiyyət” və “tədrisə motivasiyasızlıq” problemi ilə üzləşir. Valideynlər isə övladlarının məktəbi ciddiyə almamasından şikayətlənirlər. Bununla da təhsil mühiti formallığa sürüklənir, məktəb yalnız imtahana hazırlaşdıran məkana çevrilir.

Bunun dəyişməsi üçün iki əsas yanaşma mümkündür. Birincisi, imtahanların keçirilmə vaxtı tədris proqramının rəsmi başa çatdığı tarixə yaxınlaşdırılmalıdır. Bu halda tədrisin məqsədi və imtahanın məqsədi arasında uyğunluq təmin ediləcək. İkincisi, əgər texniki səbəblərlə bu mümkün deyilsə, tədris proqramının strukturu elə planlaşdırılmalıdır ki, buraxılış və blok imtahanlarında əhatə olunan mövzular rəsmi olaraq yaz aylarına qədər tamamlanmış olsun. Bu zaman son aylar möhkəmləndirici və praktiki fəaliyyətlərə həsr edilə bilər. Amma indiki kimi yarımçıq proqramla yekun qiymətləndirmə etmək həm hüquqi, həm də pedaqoji baxımdan qəbuledilməzdir.

Nəticə olaraq, təhsil sisteminin məqsədi imtahan keçirmək deyil, bilik vermək, bacarıq qazandırmaq və vətəndaş formalaşdırmaqdır. Əgər bu məqsədlər zədələnirsə, texniki rahatlıq pedaqoji keyfiyyəti əvəz edə bilməz. Tədris proqramı tamamlanmadan imtahan keçirilirsə, bu, sadəcə rəsmi statistikanı xilas edir, amma təhsilin mahiyyətini məhv edir. Bu yanaşma dəyişməlidir ki, şagirdin əməyinə, müəllimin nüfuzuna və təhsilin mənəvi dəyərinə hörmət bərpa olunsun”.

Aytac Əliyeva 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri