Icma.az
close
up
RU
İnam Kərimov Gürcüstanda səfərdədir FOTOLAR

İnam Kərimov Gürcüstanda səfərdədir FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

2024-cü il dekabrın 9-da Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadagidzenin dəvəti ilə Gürcüstana səfərə gedib. 

"Unikal" xəbər verir ki, nümayəndə heyəti öncə Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıblar. 

Sonra Gürcüstan Ali Məhkəməsində görüş keçirilib. Görüşdə çıxış edən Nino Kadagidze  ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd edib. Bu səfərin məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyi diqqətə çatdırılıb. Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq hər iki ölkənin məhkəmə sisteminin təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 

İnam Kərimov isə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirərək, qeyd edib ki, dövlətlərarası əlaqələrin yüksək səviyyəsi öz növbəsində məhkəmə-hüquq sahəsində də münasibətlərin inkişafına geniş imkanlar açır. Vurğulanıb ki, qarşılıqlı təcrübə mübadiləsi, sıx əməkdaşlıq ölkəmələrimiz arasında ədalət mühakiməsinin səmərəliliyinin artması baxımından olduqca əhəmiyyətlidir. Müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi qarşıda duran əsas hədəflərdir. 

Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti, məhkəmə hüquq islahatları barədə ətraflı məlumat verilib, ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Daha sonra Gürcüstan Ali Ədliyyə Şurasında yerli hakimlərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, məhkəmə fəaliyyətinin tam elektronlaşdırılması, o cümlədən süni intellektin imkanlarından istifadə edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi qarşıya qoyulan hədəflərdəndir. İki ölkə arasında bu sahədə də əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. 

Səfər çərçivəsində həmçinin Gürcüstan Ədliyyəsi Ali Məktəbinin nümayəndələri ilə görüş keçirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see501

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see298

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see269

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see264

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see242

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see238

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see234

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see228

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see221

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see219

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see214

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see209

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see202

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see200

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see197

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see192

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see187

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see185

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see179

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri