Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? FOTOLAR

İncəsənət məktəblərində hansı dəyişikliklərə başlanılıb? FOTOLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son iki il ərzində musiqi və incəsənət məktəblərində keyfiyyətin yüksəldilməsi məqsədilə sistemli və ardıcıl islahatlara start verilib.

Modern.az xəbər verir ki, bu dəyişikliklərin mərkəzində müəllim keyfiyyəti, idarəetmənin müasirləşdirilməsi və tədris məzmununun yenilənməsi dayanır.

Atılan addımların əsas məqsədi incəsənət təhsilini müasir tələblərə uyğunlaşdırmaq, sağlam pedaqoji mühit formalaşdırmaq və gələcək nəsillərin yaradıcı potensialını etibarlı əllərə həvalə etməkdir.

Müəllimlərin səriştələrinin ölçülməsi – keyfiyyət islahatı

İlk dəfə olaraq ötən il musiqi, incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirildi. Bu il daha 8 min müəllim attestasiyaya cəlb ediləcək. Bununla da ölkə üzrə 237 musiqi və incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi yekunlaşacaq.

Ötən il attestasiya prosesində iştirak edən təxminən 4 000 müəllimin 80 faizi bu mərhələni uğurla keçib. Bu, sevindirici göstərici olmaqla yanaşı, pedaqoji heyət qarşısında yeni öhdəliklər yaradır:

ehtiyaclara uyğun təlimlərin təşkili,

müəllimlərin işə qəbulunda yeni yanaşmaların tətbiqi,

incəsənət müəllimi hazırlığı ilə məşğul olan ali təhsil müəssisələri ilə əməkdaşlıq,

nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi,

optimal dərs bölgüsü.

Ötənilki attestasiya zamanı qiymətləndirmə komissiyasının səsverməsində 3 əleyhinə, 2 lehinə qərar verilən müəllimlər yay aylarında xüsusi təlimlərə cəlb olunublar. Bu təlimlərdə 236 müəllim iştirak edib. Onlardan 118 nəfəri Dövlət İmtahan Mərkəzinin xüsusi imtahanına qatılıb və yalnız 20 nəfər uğurlu nəticə göstərərək əvvəlki iş yerinə müəllim kimi bərpa olunub. Bu fakt attestasiya nəticələrinin obyektiv və yüksək ehtimalla ədalətli olduğunu göstərir.

Attestasiya nəticələrinə əsasən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin orta əməkhaqqı 25 faiz artıb.

Bir zəif müəllim – yüzlərlə zəif şagird deməkdir.

Bir fortepiano müəllimi fəaliyyəti dövründə orta hesabla 100–120 şagird yetişdirir. Peşəkar olmayan müəllim onlarla uşağın yaradıcı gələcəyini riskə atır. Ötənilki attestasiya zamanı elə hallara rast gəlinib ki, bəzi müəllimlər pedaqoji keyfiyyəti bir yana, tədris etdikləri alətdə ya ümumiyyətlə ifa edə bilməyib, ya da son dərəcə zəif bacarıq nümayiş etdiriblər.

Hətta Mendelsonun “Toy marşı”nı Azərbaycanın Dövlət Himni hesab edən, yaxud məşhur bəstəkar İohan Sebastyan Baxın “ağdamlı” olduğunu düşünən müəllimlər də olub. Bu kimi nümunələr kifayət qədər çoxdur və belə faktlar islahatların nə qədər zəruri olduğunu açıq şəkildə göstərir.

Ən zəif nəticə göstərən müəllimlərin 86 faizi orta ixtisas təhsili məzunlarıdır. Attestasiya nəticələrinə görə bəzi məktəblərdə müəllimlərin yarısına yaxını pedaqoji fəaliyyətə uyğun hesab edilməyib. Bu isə artıq tək-tək şəxslərin deyil, bütöv məktəb mühitinin sağlamlaşdırılmasına ehtiyac olduğunu göstərir.

Məzmunun yenilənməsi : Son iki ilin mühüm yeniliklərindən biri də tədris məzmununun yenilənməsidir. İlk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano fənni üzrə milli dərslik hazırlanıb. Bu addım incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Hazırda bütün digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması əsas hədəflər sırasındadır. Məqsəd – köhnəlmiş, pərakəndə və bəzən ziddiyyətli tədris materiallarını əvəz etmək, rəqəmsal tədris platforması  yaratmaq,  müasir pedaqoji tələblərə cavab verən, şagirdin yaradıcılığını inkişaf etdirən vahid və keyfiyyətli məzmun formalaşdırmaqdır.

Bu dəyişikliklər müəllimlərin fəaliyyətinə də yeni məsuliyyət gətirir: artıq tədris yalnız fərdi təcrübəyə deyil, elmi-metodiki əsaslara, ölçülə bilən nəticələrə və müasir standartlara söykənməlidir.

Rəqəmsallaşma və struktur islahatları: Son iki il ərzində Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində attestasiya ilə yanaşı vahid rəqəmsal idarəetmə platformasının tətbiqinə başlayıb:

Məktəb direktorlarının, müəllimlərin və şagirdlərin qəbulu elektronlaşdırılıb;

Bütün ixtisaslar üzrə tədris planları yenilənib;

İncəsənət məktəbləri üçün yeni nümunəvi Əsasnamə təsdiq olunub.

Bu il  Heydər Əliyev Fondunun dəstəyi ilə 3 yeni incəsənət məktəbi (Bakının Bilgəh qəsəbəsi, Gəncə və Şəki), eləcə də Xankəndi İncəsənət məktəbi istifadəyə veriləcək.   Bu il bir sıra incəsənət məktəblərində yeni pilot ixtisaslar üzrə – qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ-tətbiqi sənət sahələrində şagird qəbuluna başlanılacaq.

Eyni zamanda ölkə üzrə musiqi və incəsənət məktəblərinin məkan, şagird–müəllim nisbəti və infrastruktur parametrlərinə uyğun optimallaşdırma xəritəsi hazırlanıb. Bu xəritə məktəblər şəbəkəsinin daha səmərəli, ədalətli və dayanıqlı şəkildə qurulmasına xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri