Icma.az
close
up
RU
® İncəsənət vasitəsilə dəyişiklik: İqlim fəaliyyəti, inklüzivlik və müyəssərliyin kəsişdiyi nöqtə

® İncəsənət vasitəsilə dəyişiklik: İqlim fəaliyyəti, inklüzivlik və müyəssərliyin kəsişdiyi nöqtə

Icma.az bildirir, Azertag portalına istinadən.

“DanceAbility Azərbaycan” tərəfindən hazırlanan “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs-teatr tamaşası yenidən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında tamaşaçılara təqdim olunub.

2024-cü ildə Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uyğun olaraq hazırlanan “Nə qədər kifayətdir?” tamaşası bu sualları ortaya çıxarır:

-Bizə əslində nə qədər lazımdır?

-Niyə durmadan daha çox alırıq?

-Geyimlərimizin nədən hazırlandığına baxmağı niyə unuduruq?

Hər il dünyada 92 milyon ton tekstil tullantısı yaranır. Son 15 ildə bir paltarın geyinilmə tezliyi 36 faiz azalıb. “Nə qədər kifayətdir?” tamaşası təkcə geyimlərdən yox, tullantılardan, planetə olan zərərdən, əməkdən və geyindiyimiz hekayələrdən bəhs edir.

Tamaşa şəxsi hekayələr, paylaşılmış xatirələr və inklüziv bədii ifadə vasitəsilə sürətli dəb, həddindən artıq istehlak və ekoloji təsir kimi aktual qlobal məsələlərə toxunur. Layihə dairəvi iqtisadiyyat prinsipləri, orqanik parça istehsalı, pambıq sənayesi və dayanıqlı istehlak modelləri haqqında güclü mesajlar ötürür.

Eyni zamanda, layihə inklüzivliyi həm səhnədə, həm də tamaşaçı zalında həyata keçirir. Layihə hər kəs üçün, o cümlədən görmə və eşitmə məhdudiyyətləri olan şəxslər, eləcə də neyromüxtəlifliyi olan insanlar üçün əlçatanlığı təmin edir. Bunu həyata keçirmək üçün bütün təcrübə əlçatan şəkildə dizayn edilib; işarə dili tərcüməsi, müyəssərlik alətləri və görmə qabiliyyəti zəif və ya tam görmə məhdudiyyəti olan qonaqlar üçün xüsusi hazırlanmış “toxunuş turu” ilə təmin olunub.

Qeyd etmək vacibdir ki, “DanceAbility International” (1987-ci ildən) və “DanceAbility Azərbaycan” (2017-ci ildən) yüz minlərlə insanın həyatına davamlı təsir göstərərək müxtəliflik, bərabərlik, inklüzivlik və müyəssərliyi qiymətləndirən bir dünyanın qurulmasına töhfə verir.

“Nə ədər kifayətdir?” adlı rəqs tamaşası inklüzivlik, müyəssərlik və ekoloji maarifləndirməni incəsənətin gücü ilə təşviq etməyə inanan tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Layihənin tərəfdaşları sırasında BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Tekstil Assosiasiyası, “GiLTEX”, “Prime Cotton”, “John Patterson Events”, “Hillside” və “Baku Kitchen Catering Company” yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri