Icma.az
close
up
RU
Səbinə Zülalova: Problemləri incəsənət vasitəsilə işıqlandırıram

Səbinə Zülalova: Problemləri incəsənət vasitəsilə işıqlandırıram

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 noyabr, Anara Axundova, AZƏRTAC

İnklüziv cəmiyyət mövzusu ölkəmizdə getdikcə daha aktuallaşır. Müasir cəmiyyətin inkişafına, milli irsin qorunmasına və davamlı dəyərlərin təşviqinə yönəlmiş mədəni, sosial və ekoloji təşəbbüslərin yaradıcısı və kuratoru Səbinə Zülalova AZƏRTAC-ın müxbiri ilə söhbətində əlilliyi olan insanların mədəni tədbirlərə cəlb edilməsinin vacibliyindən danışıb.

Həmsöhbətimiz vurğulayıb: “Təəssüf ki, bugünkü dünyada bir çox sosial problem ictimaiyyətin nəzərindən yayınır və diqqətdən kənarda qalır. Bu layihələr insanların diqqətini cəlb edir. Əlbəttə, başa düşürəm ki, tək bir layihə problemi həll edə bilməz, amma bu, məsələni qaldıra və ən azından narahat olan insanların diqqətini cəlb edə bilər ki, öz növbəsində, onlar da problemin həllinə töhfə verə bilərlər. Sözsüz ki, bu tədbirlər formatından asılı olaraq əlilliyi olan insanların inkişafına və ya onların cəmiyyət həyatının inteqrasiyasına da töhfə verir. İnanıram ki, hər birimiz bir addım irəli gedib bir nəfərə belə kömək etsək, dünya xeyirxahlıqla dolu daha yaxşı məkana çevriləcək”.

Səbinə Zülalovanın sözlərinə görə, bu cür tədbirlər cəmiyyətə faydalı təsir göstərir.

O qeyd edib: “Birdən çox sosial layihə həyata keçirmişəm və şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, tədbirlərdən sonra iştirak edən qonaqlardan çoxlu müsbət rəy almışam. İnsanların qarşılaşmadığı bəzi problemlər və ya heç iş yerində qəhvə fasilələrində müzakirə olunmayan mövzular da xəbərə çevrilib. Yəni, internetdə çoxlu məlumat axınına baxmayaraq, hər kəs bəzi aktual məsələlərdən xəbərdar deyil. Bəli, spamı süzgəcdən keçirmək çox çətinləşib. Buna görə şəxsən diqqəti cəlb etmək istədiyim məsələləri adətən gözəl şəkildə satdırmağa çalışıram, düzgün insanlara dəvət göndərirəm, mövzunu incəsənət və yaradıcılıq vasitəsilə təqdim edirəm. Buna misal olaraq, sosial videoçarxlarda iştirak etməyə məmnuniyyətlə razılıq verən 30-dan çox tanınmış qadının qatıldığı “Yaşadaq” adlı antiselektiv abort layihəmi, xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hər bir qızın tikdiyi və özünə hədiyyə etdiyi bir paltarı geyinərək şahzadə kimi hiss etdiyi “Günəş kimi parlayan uşaqlar” adlı moda nümayişi layihəsini, Daun sindromlu uşaqların cəlb edildiyi nağılın film adaptasiyası olan “Marytale. İnklüziv möcüzələr”i göstərmək olar. Mən problemləri incəsənət və milli irs vasitəsilə, hətta ən “qalındərili” insanların da ruhlarına toxuna bilən incəliklərdən istifadə etməklə işıqlandırıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri