Səhrada 6000 il əvvələ aid iki antena lı məzar tapıldı VİDEO
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qərbi Saxarada qədim xalqların izlərini daşıyan qeyri-adi daş abidələr aşkar edilib. Arxeoloqların diqqətini xüsusilə uzunluğu təxminən 55 metr olan, “antenaları” xatırladan daş çıxıntılara malik məqbərə cəlb edib.
Modern.az xəbər verir ki, araşdırmalar zamanı məqbərədə insan skeleti və dəvəquşu yumurtasının qabığından hazırlanmış muncuqlar tapılıb.
Abidə Qərbi Saxaranın şimalında, çayın yatağı yaxınlığında yerləşir və uzunluğu 54,5 metrdir. Ondan şərq istiqamətində uzanan, bir-birinə birləşməyən iki uzun daş sıra ayrılır. Bu çıxıntılar formalarına görə “antenalar” adlandırılıb.
Tədqiqatçılar müəyyən ediblər ki, abidə eramızdan əvvəl 4100–4417-ci illərə aid dəfn ənənəsinin nümunəsidir. Daş kurqanın altında 25-35 yaşlarında bir insana məxsus skelet aşkarlanıb. Qalıqların vəziyyəti səbəbindən onun cinsini müəyyənləşdirmək mümkün olmayıb. Dəfn zamanı mərhum üzü yuxarı, başı cənuba, ayaqları isə qərbə doğru bükülmüş vəziyyətdə yerləşdirilib.
Arxeoloqların tapdığı yeganə dəfn əşyaları dəvəquşu yumurtasının qabığından hazırlanmış dörd muncuq olub.
Alimlərin fikrincə, bu abidələr vaxtilə yaşıllıq və zəngin təbii ehtiyatlarla əhatə olunmuş Saxarada mövcud olan neolit dövrü icmalarının dəfn ənənələrini əks etdirir. Lakin insanların nə üçün bu qədər böyük məqbərələr tikdiyi və şərqə doğru uzanan daş “antenaların” hansı məqsədə xidmət etdiyi hələ də məlum deyil. Bu suallara cavab tapmaq üçün əlavə arxeoloji qazıntılara ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 01 Noyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















