Icma.az
close
up
RU
İndi də Cənubi Koreyada ARA QARIŞDI Uzaq Şərqdə nə BAŞ VERİR?

İndi də Cənubi Koreyada ARA QARIŞDI Uzaq Şərqdə nə BAŞ VERİR?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ötən gün Cənubi Koreyada uzun müddət davam edən siyasi böhran son nəticədə vətəndaş qarşıdurmasına çevrildi. Vəziyyəti nəzarətdə saxlamaq üçün Prezident Yun Sok Yol əvvəlcə ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O xalqa müraciətində bildirib ki, Şimali Koreyada dövlətçi qüvvələrin kökünü kəsmək və konstitusiya quruluşunu qorumaq üçün bəzi qüvvələr hərəkətə keçib.
Prezident müxalifətdə olan Demokratik Partiyasının (Toburo) nəzarətində olan parlamenti (Milli Assambleya) “bir qrup cinayətkar” adlandırıb və müxalifəti impiçment vasitəsilə ölkədə qanuni hakimiyyətiin işini iflic etməkdə ittiham edib.
Lakin ölkə başçısının bu qərarı Toburoçuların qəti narazılığına səbəb olub. Ona görə partiya üzvləri və təəssübkeşlər parlament binasına axın edərək Milli Assambleyanın yeni tərkibini müdafiə etməyə qalxıb. Eyni zamanda, ölkədəki hərbi vəziyyətin ləğvi tələb olunub.
Bu zaman vətəndaşlarla ordu qüvvələri arasında qarşıdurma yaranıb.
Axşam saatlarında isə ölkədə hərbi vəziyyətin ləğvinə dair qərar qəbul etmək üçün Milli Assambleya səsvermə keçirib. Nəticədə, 300 deputatdan 190-I hərbi vəziyyətin ləğvinə səs verib.
Cənubi Koreya Konstitusiyasına görə, Milli Assambleya səs çoxluğu ilə hərbi vəziyyətin ləğvini tələb edərsə, prezident bununla razılaşmalıdır. Baxmayaraq ki, ordu qüvvələri deputatlatın parlament binasına gəlməsinə əngəl olmağa çalışıb. Lakin xalqın dəstəyi ilə deputatlar Milli Assambleyanın binasına daxil ola biliblər və iclas baş tutub.
Onu da qeyd edək ki, prezident Yun Sok Yolun rəhbəri olduğu Xalq Gücü Partiiyası bu ilin aprel ayının 10-da keçirilən parlament seçkilərində üstünlüyü müxalif Demokratik Partiyaya verib. Ona görə də qısa müzakirələrdən sonra parlament hərbi vəziyyətin ləğvi ilə bağlı qərar qəbul edib. Bundan sonra isə Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə elan etdiyi fövqəladə hərbi vəziyyət rejimi ləğv olunub.

Amma ölkədə gərginlik davam edir. Siyasi böhran iqtisadiyyata da çox böyük zərbə vurub. Beləki, cəmi bir gün ərzində Cənubi Koreya vonunun ABŞ valyutası (bir dollar üçün 1427,10) qarşısında son iki ilin ən aşağı səviyyəsinə enib.
Siyasi böhranın səbəbi nədir?
Cənubi Koreyada siyasi böhranın səbəbi 2016-cı ilə gedib çıxsa da, son seçkilərdən sonra müxalifətin parlamentdə çox böyük üstünlük qazanması böhranı daha da dərinləşdirib. Aprelin 10-da keçirilən seçkilərdə müxalifətdəki Demokratik Partiyası parlamentdəki 300 yerdən 175-ni qazanıb. Bu da hakim partiya ilə Milli Assambleyaya nəzarət edən müxalifət arasındakı uçuruma səbəb olub.
Nəzərə alaq ki, 1980-ci illərin sonundan, Cənubi Koreyanın demokratiyaya keçidindən bəri Xalq Gücü Partiyasının aldığı ən ağır zərbədir. Onu da qeyd edək ki, son seçkilər son 32 ildə ən yüksək - 67 faiz seçici fəallığı ilə yadda qalıb.
Qarşıdurmaya nə səbəb olub?
Hadislərin nəzarətdən çıxmasına səbəbsə 2025-ci ilin büdcə layihəsinin parlamentdəki müzakirəsi olub. Müzakirələr zamanı müxalifət büdcənin azaldılması ilə bağlı qanun layihəsini dəstəkləyib. Müxalifətin təklifinə görə, büdcə 485,3 milyard dollar olacaq ki, bu da prezidentin təklifindən 2,937 milyard dollar azdır.
Üstəlik, dövlət orqanlarında audit yoxlamalarının aparılması və baş prokurorun impiçmenti barədə də parlament vəsatət qaldırıb.
“Bloomberg” yazır ki, “Xalqın Gücü” parlament seçkilərində qalib gələcəyi təqdirdə, büdcə xərclərini azaltmaq, biznesin tənzimlənməsini ləğv etmək, şirkətlər və daşınmaz əmlak əməliyyatları üçün vergiləri azaltmaq və nüvə enerjisindən istifadəni genişləndirmək üçün bir sıra tədbirlər barədə vəd vermişdi.

Demokratlar Partiyası isə əksinə, nüvə enerjisindən imtinanın və vergilərin artırılmasının tərəfdarıdır. Tərəflər Şimali Koreya ilə münasibətdə də fərqli siyasi görüşə sahibdirlər - Demokratlar Partiyası yaxınlaşmanın tərəfdarıdır, Xalqın Gücü isə rəsmi Pxenyana qarşı hərbi-siyasi sıxışdırma və təzyiq siyasətinə sadiqdir.
Xalq Gücü Partiiyası niyə nüfuzdan düşüb?
“Xalq Gücü”nün son 40 ildə aldığı ən ağır məğlubiyyətin bir sıra səbəbləri var. Məsələn, son parlament seçkiləri əmtəə qiymətlərinin qalxması fonunda baş tutub. Ən çox kənd təsərrüfatı məhsulları - martda, seçkilər ərəfəsində illik ifadədə 20,5% bahalaşıb. Vəziyyətə nəzarət etdiyini nümayiş etdirmək üçün Prezident Yun sonradan subsidiyalaşdırılan ərazilərə getdi və yaşıl soğanın münasib qiymətləri ilə öyündü. Təbii ki, onun bəyanatı sosial şəbəkələrdə dərhal lağa qoyuldu və müxalif siyasətçilər “Yunun prezidentliyi bir dəstə yaşıl soğanı məhv edəcək” söylədilər.
Amma fevralın sonundan bəri davam edən təcrübəçilərin və sakinlərin tətili hakim partiyanın nüfuzunu xeyli aşağı saldı. Ölkə başçısının tibb universitetlərində yerlərin sayını artırılması haqqında qərarından sonra isə həkimlərin 90%-dən çoxu istefa məktubu yazdı. Bu da bəzi xəstəxanalarda kütləvi ixtisarlara və cərrahi əməliyyatlarının vaxtının dəyişdirilməsinə səbəb oldu. Beləcə, seçki öncəsi, aprelin əvvəlində prezidentin reytinqi 34%-ə düşdü. Nəticədə müxalif Demokratik Partiya qalib gəldi.
Qərb niyə susur?
Maraqlıdır ki, Cənubi Koreyada baş verənlərə həm ABŞ-dan, həm də Avropa ölkələrində hər hansı bir ciddi reaksiya gəlmədi. Bu günlərdə Gürcüstanda müxalifəti ən qatı şəkildə dəstəkləyən Qərb nədənsə Cənubi Koreydakı müxalifətçi demokratlara heç bir dəstək nümayiş etdirmir.
Bu mənada Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova parlamentin bloklandığı Seula qarşı Qərbin sanksiyalar tətbiq edib-etməyəcəyini çox gözəl  şərh edib.
Zaxarova bu barədə özünün “Telegram” kanalında yazıb:
"Litva, Latviya və Estoniya bununla bağlı nə qərar verib? Seula qarşı sanksiyalar tətbiq edəcəklər? Yoxsa Cənubi Koreya Gürcüstandan şanslı olacaq?".
Göründüyü kimi Qərb koreyalı demokratların yanında yer almaq fikrində deyil. Çünki demokratlar Şimali Koreya ilə yaxınlaşmanın tərəfdarıdırlar. Tək bu amilə görə Qərb Cənubi Koreyda hakimiyyəti dəstəkləyəcək. Qərbin marağı olmayan qarşıdurma isə heç zaman uzun çəkmir. Ona görə də Cənubi Koreydakı siyasi gərginlik uzun çəkməyəcək.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri