Icma.az
close
up
RU
“İndi nə yaxşı, nə də pis var, heç biri yoxdur” Aktyor kinoda durğunluqdan danışdı Yeni Sabah

“İndi nə yaxşı, nə də pis var, heç biri yoxdur” Aktyor kinoda durğunluqdan danışdı Yeni Sabah

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycanın film sektorunda durğunluqdur. Bu durum özünü müxtəlif janrlarda, əsas da komediya üslubunda olan filmlərdə göstərir. Buna səbəb olan amillər sırasında ilk başda maliyyə faktoru önə çəkilir. Bir çoxları deyir ki, nəinki aktyora verilən pul, heç filmin meydana çıxması üçün sponsor tapmaq səhrada su tapmağa çevrilib.

Bəs iddialar doğrudurmu? Həqiqətən problem maliyyədir? 

Aktyor Elməddin Cəfərov “Yeni Sabah”a müsahibəsində iddialara belə münasibət bildirib:

“Bir müddət əvvəl komediya janrında olan filmlər daha çox çəkilməyə başlamışdı. Sonra dedilər ki, niyə komediyaya daha çox üstünlük verilir? O qədər dedilər, dedilər, axırda o sahədə də qurudu. İndi də soruşub maraqlanırlar ki, niyə komediya çəkilmir?”

E. Cəfərov bildirib ki, filmin büdcəsi əldə etmək üçün maliyyə yoxdur:

“Bununla bağlı heç bir qurum dəstək göstərmir. Sponsor tapmaq isə indiki dövrdə olduqca çətindir. Keyfiyyətli tamaşaçı keyfiyyətli film istəyir. Belə bir ekran işini ərsəyə gətirmək üçün 200-300 min, hətta 500 min, ya da 1 milyon manata yaxın vəsait tələb edir. Belə rəqəmlərlə sponsor tapmaq müşkül məsələdir. Aşağı keyfiyyətli filmə isə tamaşaçılar o qədər də maraq göstərmir.

Təbii ki, filmin çəkilməsi üçün xərclənən vəsaitin hansı əziyyətlə əldə olunduğunu tamaşaçı bilmir, o, son nəticəyə fokslanırlar. Yəni bəyənmirlər.

Aktyor qeyd edib ki, "maliyyə" deyiləndə təkcə aktyora verilən pul nəzərdə tutulmur:

“İnşallah, yenidən bu sahədə müsbət irəliləyişlər görmək mümkün olar. Tam səmimi desək, film sektorunun yenidən dirçəlməyinə və bu sahədə sponsorların olmasına ümidim azdır. Ancaq heç vaxt "heç vaxt" deməmək lazımdır. Söhbət təkcə komediya filmlərindən yox, digər janrlardan da gedir. Ona görə bilmirəm, geridönüş olacaq, ya yox.

Bir ara bu sahədə inkişaf var idi. Doğrudur, yaxşı filmlərlə yanaşı, keyfiyyətsiz işlərə də rast gəlinirdi. Amma çox olanda inkişaf görünür və yaxşını pisdən ayırmaq olur. İndi isə nə yaxşı, nə pis, heç biri yoxdur”.

Aytac Şahin


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri