Icma.az
close
up
RU
İndi onlardan xəbər yoxdur... Bir vaxtlar nazir idilər

İndi onlardan xəbər yoxdur... Bir vaxtlar nazir idilər

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vəzifədən gedən məmurların harada, nə işlə məşğul olması daim ictimai maraq kəsb edib. Xüsusilə də nazir postunda olanlar əhalinin diqqətini özünə çəkə bilir. Çünki onlardan kimisi vəzifəsini doğru icra etmədiyi, kimisi tutduğu vəzifənin imkanlarından istifadə edərək biznesini genişləndirdiyi üçün postundan getməli olub, kimisinin isə adı hətta casusluqda hallanıb. Aralarında birbaşa həbsə gedənlər də, barəsində “Hər gün həbs olunacaq” xəbəri yayılanlar da var. Vəzifədən gedən məmurların əksəriyyəti ya pedaqoji fəaliyyətlə, ya bizneslə, ya siyasi fəaliyyətlə məşğul olur, ya da sadəcə özlərini bacardıqları qədər ictimaiyyətdən gizlətməyə çalışırlar.

Qafqazinfo bu dəfə sabiq nazirlərin harada, nə işlə məşğul olduqları barədə kiçik araşdırma aparıb:

1994-cü ildə daxili işlər naziri təyin olunan Ramil Usubov 25 il bu postda çalışıb. O, 2019-cu ildə vəzifəsindən azad olunaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhülkəsizlik Şurasının katibi təyin edilib.

1999-2004-cü illərdə xarici işlər naziri vəzifəsində çalışan Vilayət Quliyev isə hazırda Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Bundan əvvəl o, 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı, 2010-2021-ci ilərdə isə Macarıstandakı səfiri olub.

“Evdən işləyən” nazir kimi yadda qalan, son günlər adı Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin üzvləri sırasında çəkilən Elmar Məmmədyarov da bir zamanlar xarici işlər naziri vəzifəsində çalışıb. O, bu vəzifəni 2004-2020-ci illərdə icra edib. Sabiq nazirin hazırda rəsmi fəaliyyəti olmasa da, o, mətbuatın ünvanladığı sualları cavablandırır, aktual mövzularla bağlı öz mövqeyini irəli sürür.

Mətbuatda adı korrupsioner nazir kimi çəkilən Səfər Əbiyev 18 il (1995-2013-cü illərdə) müdafiə naziri vəzifəsini icra edib. Vəzifəsindən azad edildikdən sonra uzun müddət onun haqqında məlumat əldə etmək mümkün olmayıb. 2015-ci ildə isə sabiq nazirin Çexiya vətəndaşlığı aldığı, bu ölkədə yaşadığı və biznes şəbəkəsini idarə etdiyi ilə bağlı məlumatlar yayılıb. Lakin 2022-ci ildə S.Əbiyevin yaxın dostu Eldar Sabiroğlu (MN-nin 2007-2013-cü illərdə mətbuat katibi) onun heç yerə getmədiyini, Azərbaycanda olduğunu açıqlayıb.

Mətbuatda tez-tez marafonlarda iştirakı, idman və incəsənətlə məşğul olması ilə gündəmə gələn sabiq müdafiə sənayesi naziri Mədət Quliyev bu postda cəmi 4 il qalıb. 2019-2023-cü illərdə nazir kimi fəaliyyət göstərən Mədət Quliyev hazırda Azərbaycan Prezidenti yanında Təhülkəsizlik Şurasının katibinin, yəni Ramil Usubovun müavinidir.

2004-2015-ci illərdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun da adı son vaxtlar rus casusu şəbəkəsi siyahısında hallanır. Uzun müddət barəsində məlumat əldə etmək mümkün olmasa da, bir vaxtlar mediada az qala, hər gün onunla bağlı “Eldar Mahmudovun həbsinə hazırlıq gedir” sərlövhəli yazılar dərc olunurdu. Nəhayət, Eldar Mahmudov 2023-cü ildə qaynı, Milli Qəhrəman Riad Əhmədovun vida mərasimində görüntülənib. Hazırda rəsmi fəaliyyəti olmasa da, onun bizneslə məşğul olduğu bildirilir.

Müstəqil Azərbaycanın 3-cü səhiyyə naziri olan (1993-2005-ci illər) Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edildi. Prezidentin əfv Sərəncamı ilə 14 il sonra, 2019-cu ilin martın 16-da azadlığa buraxılıb. Hazırda Haqq Ədalət Partiyasının sədri vəzifəsində çalışır.

Həbs olunan digər sabiq nazirlərdən biri də Fərhad Əliyev olub. O, 1999-2005-ci illərdə iqtisadiyyat naziri (indiki adı ilə) olub. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində sabiq nazir öz xidməti kabinetində həbs edilib və bununla da vəzifəsindən azad olunub. Ağır Cinayətlər Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. F.Əliyev Prezidentin 2013-cü ilin payızında - Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. Onun hazırda bizneslə məşğul olduğu bildirilir.

Daha bir həbs olunan nazir isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi. Vəzifəsindən azad olunandan 3 il sonra həbs edilən Müslümov bir il sonra ev dustaqlığına buraxıldı. Ötən il isə sabiq nazirə 11 il şərti cəza verilib. Onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları isə dövlət nəfinə alınıb.

10 ildən çoxdur vəzifədən getsə də, adı medianın dilindən düşməyən nazirlərdən biri də Səlim Müslümovun sələfi Füzuli Ələkbərov olub. O, 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edib. Postunu təhvil verdikdən sonra o, yenidən biznesə qayıdıb. Hazırda “İmprotex Group” MMC-nin rəhbəridir. Qarabağda “Araz Vadisi İqtisadi Zonası”nda inşa edilən “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC də sabiq nazirə məxsusdur.

Nazir işlədiyi müddətdə imkanlarından istifadə edərək biznesini genişləndirənlərdən biri də Ziya Məmmədov olub. O, 2002-2017-ci illərdə nəqliyyat naziri işləyib. Ziya Məmmədov nazir postunda olanda ailəsinə nəhəng şirkətlər yaradıb. Buna görə də o, hələ də ölkənin ən varlı oliqarxlarından biri sayılır. Ziya Məmmədov və ailəsi vaxtilə bir sıra iri şirkətlərə - ZQAN Holdinq, “Bank of Azerbaijan” ASC, “Qarant Sığorta”, ZQAN Construction, AZBENTONİT, Goranboy Gips, Göyçay Çınqıl Zavodu, TransEuroCom, “Delfin” və “Meridian” mehmanxanaları, “Royal Estate” daşınmaz əmlak şirkətləri, bir sıra şadlıq evləri və restoranlara sahib olub. Həmin şirkətlərin hazırda da Məmmədovlar ailəsinin idarəetməsində olub-olmadığı barədə məlumat yoxdur. Ziya Məmmədov 2022-ci ildə mətbuata verdiyi açıqlamada Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını deyərək ictimaiyyət arasında gülüş hədəfi olmuşdu. Eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov isə onun boş vaxtını mütaliəyə ayırdığını, Qurani-Kərim oxuduğunu bildirmişdi.

“Ən uzunömürlü nazirlər”dən sayılan Oqtay Şirəliyev 16 il səhiyyə naziri olub. Hazırda “Respublika Diaqnostika Mərkəzi” ASC-nin direktoru vəzifəsində fəaliyyət göstərdiyi bildirilsə də, onun xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı da məlumatlar yayılıb.

Oqtay Şirəliyevdən də çox nazir postunda qalanlardan biri Samir Şərifov olub. Belə ki, o, 19 il (2006-2025-ci illər) maliyyə naziri vəzifəsində çalışıb. Samir Şərifov tutduğu vəzifədən azad edildikdən sonra Baş nazirin müavini təyin olunub.

Fikrət Məmmədov isə 24 il (2000-2024-cü illər) ədliyyə naziri postunda qalaraq hər iki həmkarını “ən uzunömürlü nazir” statusu ilə geridə qoyub. O, tutduğu vəzifədən azad olunduqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Nazir postunu təhvil verdikdən sonra daha yüksək vəzifəyə keçənlərdən biri də Şahin Mustafayev İsmət Abasovdur. Belə ki, onlar nazir kimi vəzifələrindən azad edildikdən sonra Baş nazirin müavini təyin olunublar. Şahin Mustafayev iqtisadiyyat naziri kimi 8 il (2008-2016-cı illər), İsmət Abasov isə kənd təsərrüfatı naziri kimi 9 il (2004-2013-cü illər) çalışıb. İsmət Abasov 2018-ci ildə Baş nazirin müavini postundan kənarlaşdırıldıqdan sonra barəsində məlumat əldə etmək mümkün olmayıb. Lakin ötən il o, Prezident tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Fotoda: Şahin Mustafayev

Fotoda: İsmət Abasov

5 il kənd təsərrüfatı naziri olan Heydər Əsədov bu vəzifədən gedəndən sonra pedaqoji fəaliyyətlə məşğul olub. O, 2019-2024-cü illərdə Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində çalışıb. Hazırda isə VII çağırış Milli Məclisin deputatıdır. Deputat seçildikdən sonra rektor kimi fəaliyyətini dayandırıb.

Heydər Əsədovun xələfi İnam Kərimov isə bu vəzifədə cəmi 5 il qalıb. 2023-cü ildə nazir postundan azad edilən Kərimov hazırda Ali Məhkəmənin sədri və hakimi vəzifəsində çalışır.

Mülkləri, ailə biznesi ilə tez-tez yada salınan sabiq nazirlərdən biri də Hüseynqulu Bağırovdur. O, 2001-2018-ci illərdə ekologiya və təbii sərvətlər naziri olub. Hazırda onun bizneslə məşğul olduğu bildirilir. Qərbi Kaspi Universiteti də sabiq nazirin biznesləri arasındadır.

Hüseynqulu Bağırovun xələfi Muxtar Babayev isə ekologiya və təbii sərvətlər naziri kimi cəmi 7 il (2018-2025-ci illər) fəaliyyət göstərib. O, hazırda Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsində çalışır. Ekologiya və təbii sərvətlər naziri postu isə hələlik boş qalıb.

Müstəqil Azərbaycanın ilk gənclər və idman (indiki adı ilə) naziri olan Əbülfəs Qarayev də unudulmayan, tez-tez adı mediada hallandırılan eks-nazirlərdəndir. O, bu vəzifəni 1994-2006-cı illərdə icra edib. Əbülfəs Qarayev daha sonra mədəniyyət naziri (hazırki adı ilə) postuna keçib. O, bu vəzifəni 14 il (2006-2020-ci illər) icra edib. Hazırda Turizm və Menecement Universitetinin dosenti kimi fəaliyyət göstərir.

2016-2021-ci illərdə rəqəmsal inkişaf və nəqliyyat naziri (hazırki adı ilə) olan Ramin Quluzadə də aktiv siyasi fəaliyyətini davam etdirənlərdən biridir. Sabiq nazir hazırda Prezidentin işlər müdiri vəzifəsində çalışır.

1998-2013-cü illərdə təhsil naziri olan Misir Mərdanov isə hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır. O, 2020-ci ilədək Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olub. “Şöhrət” ordenli eks-nazir 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Misir Mərdanov sosial şəbəkələrdə də kifayət qədər aktivdir.

Son illərdə fəaliyyət göstərən nazirlərin bəziləri isə postunu tərk edən kimi gözdən itməyi seçib. Onlardan biri də sabiq mədəniyyət naziri (2020-2022-ci illər) Anar Kərimovdur. O, nazir vəzifəsindən azad edildikdən sonra ISESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2022-ci ildə Mədəniyyət Nazirliyində əməliyyat keçirib və bir neçə yüksəkvəzifəli şəxs saxlanılıb. Bu zaman Anar Kərimov vəzifə başında olmayıb. Daha sonra onun ezam səfərində olduğu açıqlanıb. DTX-nin Nazirlikdə keçirdiyi əməliyyatdan sonra Anar Kərimov nazir vəzifəsindən azad edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see258

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri