Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İndi qərar vermə vaxtıdır

İndi qərar vermə vaxtıdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərb özü Zəngəzur dəhlizini açmağa vadar olunacaq


Avropa İttifaqının Ermənistandakı missiyası iki il uzadılıb. Aİ-nin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzatmağa razılaşıblar. Qeyd edək ki, missiyanın tərkibi və üzvlərinin sayı dəyişməz qalıb. Hazırda 165 xarici və 44 yerli müşahidəçi daxildir. 

Qərarın yaxın günlərdə Aİ XİN başçılarının toplantısında təsdiqlənməsi gözlənilir. Aİ-nin "müşahidə missiyası"nın regionda qalma müddəti rəsmi Bakının və digər region ölkələrinin razılığı alınmadan uzadılıb. Əlbəttə, Aİ-nin bu qərarı təsdiqləməsinin Azərbaycan-Ermənistan normallaşma prosesinə, ümumilikdə Cənubi Qafqaz regionunda təhlükəsizlik konstruksiyasına mənfi təsir göstərəcəyini öncədən proqnozlaşdırmaq olar. Çünki ilk başda, 2022-ci ilin oktyabrında Aİ Azərbaycanla Ermənistan arasında danışıqlarda aktiv vasitəçilik edirdi. Həmin vaxt Praqa razılaşması çərçivəsində Ermənistana 40 nəfərlik Aİ missiyasının müvəqqəti (2 aylıq) yerləşdirilməsi barədə razılıq əldə olunmuşdu. Amma həmin missiya dekabrda fəaliyyətini başa çatdırsa da, 2023-cü ilin yanvarın sonlarında Avropa İttifaqı Azərbaycanın razılığını almadan Ermənistanın Azərbaycanla sərhəd xətti boyunca Müşahidə Missiyasının yerləşdirilməsinə qərar verdi. Aİ missiyasının ilkin 40 nəfərlik heyəti 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başladı, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırıldı. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri Müşahidə Missiyasına qoşuldu. Məsələ ondadır ki, missiyadan faktiki olaraq Azərbaycan əleyhinə geniş şəkildə sui-istifadə olunur. Missiyanın Azərbaycana, qonşu İran və Rusiyaya qarşı casus və kəşfiyyat şəbəkəsi kimi fəaliyyət göstərməsi ehtimalı yüksəkdir. Missiyanın tərkibinə "mülki şəxs" qismində NATO-nun və ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarının yerləşdirilməsi bu ehtimalı qüvvətləndirir. Missiya müddətinin daha 2 il uzadılması Avropa İttifaqının regionda yerləşmək, mövcudluğunu qalıcı etmək niyyəti güddüyünü göstərir. Əgər region üçün kənar qüvvə olan Avropa İttifaqının bölgədə qalması XİN başçıları səviyyəsində təsdiqlənərsə, bu, sülh danışıqları prosesinə ağır zərbə olacaq. Çünki Prezident İlham Əliyev 17 maddədən 15-nin razılaşdırıldığını, razılaşdırılmamış iki maddədən birinin məhz xarici ölkə nümayəndələrinin iki ölkə sərhədində yerləşdirilməməsi ilə bağlı olduğunu qeyd edib. 


Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a deyib ki, bu, Azərbaycanın dövlət təhlükəsizlyinə açıq-aşkar təhdiddir. Ekspertin sözlərinə görə, söhbət monitorinq adı altında çoxfunksional gedişlərdən gedir:

 "Əgər son iki ildə Aİ monitorinq missiyası kəşfiyyatçılıqla məşğul idisə, Rusiya və İranın susqunluğundan istifadə edən Qərbdəki mərkəzlər gələcək iki ildə öz səlahiyyətlərini genişləndirməyi planlaşdırırlar. Bu dəfə söhbət tamhüquqlu hərbi nümayəndəlikdən gedir. Təkcə Azərbaycanla şərti sərhədlərdə deyil, eyni zamanda, İran və Türkiyə sərhədlərində də yerləşməyi planlayırlar. Məlumata görə, avropalılar hərbi nəqliyyatdan tutmuş silahlara qədər təchiz olunacaqlar. Buraya, bu ilin yanvar ayında ABŞ-Ermənistan arasında "strateji tərəfdaşlıq" sənədində hərbi təhlükəsizliklə bağlı komponentləri və ötən ilin baharında ABŞ - Ermənistan - Aİ arasında imzalanan sənədi əlavə etsək, SOS siqnalının çalınması mütləqdir! Afrikada uğursuzluğa duçar olan Fransa, dünyada geosiyasi mövqeyini daha da genişləndirən ABŞ bu dəfə Cənubi Qafqazda strategiya ortaya qoyaraq addım-addım məqsədlərinə çatmağı qarşılarına məqsəd qoyublar. İran və Rusiyanın məlum hadisələrlə bağlı susqunluğu, Azərbaycan və Türkiyə hərbi-təhlükəsizlik paktını ( Şuşa Bəyannaməsini belə də adlandırmaq olar) aktivləşdirə bilər. Qrenlandiyaya, Panamaya, Kanadaya iddiası olanlar, Yeni Kaledoniyada, Afrikada neokolonializm siyasətini davam etdirənlər Qərbi Zəngəzurla bağlı mövzunun Azərbaycan üçün həssas olmasını başa düşməlidirlər. Hətta Zəngəzur olmasa belə. Torpaqları onillərdir işğal edən və qonşusuna ərazi iddiası olan dövlətin sərhədlərinə və ordusuna təminat vermək Azərbaycan üçün böyük çağırışdır. Əgər sabah ölkəmizə qarşı hərbi koalisiya formalaşarsa, nə baş verəcək? Beləliklə, indi qərar vaxtıdır. Regional dövlətlər qərar vermədikləri təqdirdə mövqe nümayiş etdirmiş olacaqlar. Ermənistan baş naziri yazıq obrazında məkrli planlarını həyata keçirmək niyyətindədir. Lakin baş verənlərə göz yumulması bir halda mümkündür. Mehri şəhəri dəhliz elan edilir və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında qovşaqda heç bir maneə olmur. Əgər N.Paşinyan 40 km-i faktiki olaraq Azərbaycanın himayəsinə verərsə, ən azından 9 000 kv km ərazini qoruya bilər. Qərb özü Zəngəzur dəhlizini açmağa vadar olunacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri