İnfantinodan “Sabah” “Qarabağ” oyunu haqda paylaşım Video
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
FİFA prezidenti Canni İnfantino Misli Premyer Liqasının 9-cu turunda keçirilən “Sabah” – “Qarabağ” oyunu (0:0) ilə bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, İnfantino şəxsi instaqram hesabında Bakıdakı qarşılaşmadan məmnunluğunu ifadə edib.
“Bu gün Bakıda Azərbaycan futbolunun necə gözəl nümayişinin şahidi olduq! “Sabah” və “Qarabağ” gərgin mübarizə şəraitində keçən oyunda xalları bölüşdülər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FİFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, həmçinin “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə olmaqdan məmnun oldum.
Belə möhtəşəm atmosfer yaratdıqlarına görə hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları necə birləşdirdiyini və sevinc bəxş etdiyini bir daha sübut etdi”.
Baxış sayı:113
Bu xəbər 26 Oktyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















