İnfarkt riskini 46 faiz azaldan məhsulun adı açıqlandı
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Kardioloq Aurelio Rojas bildirib ki, qida rasionunuza bir məhsul daxil etsəniz, infarkt riskini 46 faiz azalda bilərsiniz.
O, bunu Vanitatis-ə müsahibəsində açıqlayıb.
İnfarktın qarşısını almaq üçün Rojas insanları həftədə üç dəfə qoz yeməyə çağırıb. Fakt budur ki, qozun tərkibində omeqa-3 yağ turşuları, lif və antioksidanlar kimi çoxlu sayda faydalı maddələr var.
Həkim izah etdi ki, qozun müntəzəm istehlakı insanın damarlarının fəaliyyətini yaxşılaşdırır, lipid profilini normallaşdırır, bütövlükdə ürək-damar sistemini gücləndirir. Bundan əlavə, bu məhsul yaddaşı yaxşılaşdırır və beyni qoruyur.
Mütəxəssis sonda əlavə edib ki, əgər insan qoz-fındıqları sevmirsə, onu oxşar təsirə malik çia toxumu ilə əvəz etmək olar./E-saglam.az


