Icma.az
close
up
RU
İnflyasiya fürsət gözləyir TƏHLİL

İnflyasiya fürsət gözləyir TƏHLİL

Azvision saytına istinadən Icma.az xəbər verir.


İl başlayandan bu rəqəmin hər ay artdığı qeydə alınırdı. Söhbət illik inflyasiya səviyyəsindən gedir. Bu göstərici yanvarda 5,4%, fevralda 5,5%, martda 5,9%, apreldə və mayda isə 6,3% olmaqla yalnız mayın yekununa görə sabit qalmışdı. İyunda isə təkrar edirəm, 106% təşkil etmişdi.
2025-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,8%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,6%, qeyri-qida malları üzrə 102,6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrəsə 107,3 % səviyyəsində qeydə alınmışdı. İyunda illik inflyasiya səviyyəsinin 0.3% azalması, orta illik inflyasiyanın isə sabit qalması heç də ölkədə qiymətlərin yüksəlişinin dayandığı - bahalaşmanın səngidiyi anlamına gəlmirdi.
Məsələ ondadır ki, səngiməyə baxmayaraq, keçən illə müqayisədə inflyasiya əslində bu ilin ötən dövrü ərzində yüksək olub. 2018-2021-ci illər ərzində ölkə üzrə qiymət artımının səviyyəsi 10%-i keçmədiyi halda, 2022-ci ildə bu rəqəm birdən-birə 14%-ə yaxınlaşmış, 2023-cü ildə 8.8%, ötən il isə 5%-ə yaxın təşkil etmişdi. Yəni, ötən iki il ərzində - 2023-2024-cü illərdə proses zəifləmişdi. Lakin qeyd etdiyim kimi, bu ilin əvvəlindən temp yenidən artdı. Özü də bu proses iqtisadi artımın zəifləməsi fonunda baş verdi.
Bunu əsasən üç amil şərtləndirir. Birincisi, hökumətin cari ilin əvvəlindən etibarən növbəti, yəni 2019-cu ildən bəri həyata keçirilməkdə olan sayca 5-ci sosial islahat paketinə start verməsi; ikincisi, dövlət tərəfindən tənzimlənən bir sıra tariflərin cüzi də olsa artırılması; üçüncüsü isə bu il ölkəyə idxalın daha da çoxalması.
Bəs, bunlardan ən güclü rola malik olanı hansıdır? Sözsüz ki, üçüncüsü... Yəni ölkəyə idxalın artması faktoru. Həmişə qeyd etmişəm və yenə təkrarlayıram ki, ölkədə inflyasiyaya əsas təsir və təzyiq amilləri kənar vasitələr sayılır. Kommunal xidmətlərin bahalaşdırılması, hətta maaş və pensiya artımları da ciddi amil hesab edilmir.
Neftə görə xarici ticarətimizdə azalma fonunda ərzaq idxalının genişlənməsi müəyyən fəsadlar yaradır. Səbəb daxili bazarımızın zəruri istehlak malları üzrə idxaldan asılı vəziyyətdə olmasıdır. İnflyasiya da ən çox məhz bunun təsirilə alovlanır. AMB uçot dərəcəsinə dair qəbul etdiyi qərarlara dair izahatlarında da dolayı yolla hər dəfə buna işarə edir.
2025-ci ilin yanvar-avqust aylarında ölkədə inflyasiya 5,6% təşkil edib. İstehlak qiymətləri qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6%, qeyri-qida məhsulları üzrə 2,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,9% artıb. Ümumiyyətlə, avqustda istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4% qalxıb.
Ölkədə istehlak qiymətləri indeksinin artım tempinin ilin ortasına doğru səngiməsi fonunda ikinci yarıda yenə sürət götürmək istəyi hiss olundu. Düzdür, bu, hələ ki ciddi deyil. Lakin qiymətlərin sabit qalmasına zəmin yaradan ən mühüm amillərdən olan mövsümi şərait artıq arxada qalıb. Odur ki, inflyasiya tempində sabitlik pozula bilər.
Bu səbəbdən də, AMB tərəfindən 2024-cü ilin mayından etibarən qəbul edilən qərarlar əsasında 7,25% səviyyəsində saxlanılan uçot dərəcəsinin cari ilin iyulunda 0,25 faiz-bənd azaldılaraq müəyyən olunan 7% həddi növbəti qərar zamanı yenə qaldırıla bilər.

Pərviz Heydərov
Azvision.az üçün
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri