“İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda simpoziumun bölmə iclası MEKdə keçirilib AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 29 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti, Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun ilk bölmə iclası AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. MEK-in direktoru Hüseyn Hüseynov rəhbəri olduğu kitabxana haqqında iştirakçılara ətraflı məlumat verib.
Bölmə iclasında Azərbaycan, Türkiyə və Özbəkistanın 17 universitetini təmsil edən nüfuzlu alimlər, professorlar, gənc tədqiqatçılar, həmçinin Türkiyə Milli Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, bir sıra bələdiyyə kitabxanalarının, ölkəmizin kitabxana və muzey əməkdaşlarının sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və bu kimi istiqamətlərdə məruzələri dinlənilib.
Bölmə iclasının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Daha sonra qonaqlar Mərkəzi Elmi Kitabxana ilə tanış olaraq buradakı fondlar, guşələr və sənədlər haqqında məlumat alıblar, MEK-ə nəşrlər hədiyyə ediblər.
Xatırladaq ki, simpoziumun açılış mərasimi noyabrın 28-də Bakı Dövlət Universitetində keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Noyabr 2024 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















