Icma.az
close
up
RU
III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir AZƏRTAC

III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu keçirilir AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu öz işinə başlayıb. Simpozium Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti, Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, Türk dünyası şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Simpoziumun Azərbaycan tərəfdən həmsədri, BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, 1919-cu il sentyabrın 1-də əsası qoyulan universitet təkcə Azərbaycanda elmin və təhsilin əsas mərkəzi deyil, həm də milli ictimai fikrin formalaşmasında və inkişafında mühüm rol oynayan məbəddir. Xarici nüfuzlu universitetlərlə ortaq layihələrin həyata keçirilməsinə xüsusi önəm verən BDU-nun beynəlxalq əməkdaşlığında qardaş Türkiyə Respublikası ilə əlaqələr aparıcı yer tutur. Son 3 ildə BDU Türkiyənin 30-dan artıq tanınmış universiteti ilə ən müxtəlif istiqamətləri əhatə edən memorandumlar imzalayıb. Bu gün öz işinə başlayan və iki gün davam edəcək III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu da qarşılıqlı əlaqələrimizə öz töhfələrini verəcək.

Əliş Ağamirzəyev vurğulayıb ki, Türkiyədə kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetlər tərəfindən keçirilən nüfuzlu simpoziuma ilk dəfə 2022-ci ildə Bartın Universiteti, 2023-cü ildə isə Çankırı Karatekin Universiteti ev sahibliyi edib. Hər iki simpoziumda həmtəşkilatçı olan BDU bu il mötəbər tədbirə ev sahibliyi edir. Həmtəşkilatçı universitetlərlə yanaşı, Türkiyənin digər nüfuzlu universitetləri, o cümlədən Ankara, Hacettepe, İstanbul, Mərmərə, Atatürk, İstanbul 29 Mayıs universitetləri də simpoziumun təşkilinə dəstək verib. Simpoziumun məqsədi müvafiq ixtisaslar üzrə kadr hazırlayan universitetlərlə birlikdə sahə üzrə prioritet istiqamətləri müəyyənləşdirmək, akademik fəaliyyəti və elmi tədqiqatları əlaqələndirməyə xidmət etməkdir.

Simpoziumun Türkiyə tərəfdən həmsədri - Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölməsinin rəhbəri Ahmet Altay iki qardaş ölkənin müvafiq sahələrdə əməkdaşlığının faydalı olacağına əminliyini bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Kastamonu Universiteti, Çankırı Karatekin Universiteti, Atatürk Universiteti, İstanbul 29 Mayıs Universitetinin İnformasiya və sənəd menecmenti bölmələrinin rəhbərləri Hasan Sacit Keseroğlu, Coşkun Polat, Dündar Alıkılıç, Berrin Balkaş Yılmaz, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov çıxışlarında simpoziumun Azərbaycan və Türkiyənin elm, təhsil, mədəniyyət sahələrində əlaqələrinə mühüm töhfə verəcəyini bildiriblər. Qeyd olunub ki, simpoziumda sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və digər mühüm istiqamətlərdə tədqiqatlar təqdim olunacaq.

Simpoziumun plenar iclasında BDU-nun dosenti Pərviz Kazimi “Yaşıl kitabxana konsepsiyası”, Kastamonu Universitetinin dosenti Güler Demir “Davamlı inkişaf və yaşıl kitabxanalar” mövzularında məruzə ediblər.

Tədbirdə ümumilikdə Azərbaycan, Türkiyə və Özbəkistanın 17 universitetini təmsil edən nüfuzlu alimlər, professorlar, gənc tədqiqatçılar, həmçinin Türkiyə Milli Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, bir sıra bələdiyyə kitabxanalarının, ölkəmizin kitabxana və muzeylərinin əməkdaşları 60-a yaxın məruzə edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri