Icma.az
close
up
RU
İnformasiya təhlükəsizliyi hər dövlət üçün prioritetdir TEXNOLOQ AÇIQLADI

İnformasiya təhlükəsizliyi hər dövlət üçün prioritetdir TEXNOLOQ AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mövcud durumda kibermüharibə müxtəlif ölkələrdə daha sistemli və geniş şəkildə tətbiq olunmağa başlamışdır. Əgər bir neçə il əvvəl biz yalnız sadə haker hücumlarından və ya milli məzmunun, ölkənin virtual səviyyədəki təhlükəsizliyindən danışırdıqsa, indi bu, artıq fərqli bir mərhələyə keçib. Hətta demək olar ki, müasir dövrdə silah işlətmədən tam şəkildə kibermüharibə aparmaq mümkündür və texnologiya buna tam şərait yaradır". Bu sözləri SİA-ya açıqlamasında İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov deyib.

Onun sözlərinə görə, artıq aydın şəkildə görünür ki, bu, təkcə texniki deyil, həm də siyasi proseslərə müdaxilə üçün bir vasitəyə çevrilib: "Məsələn, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində kibermüdaxilə iddiaları gündəmə gəlmişdi. Eyni zamanda, Şərqi Avropanın bir sıra ölkələrində də bu məsələlər müzakirə olunmağa başlanmışdır. Hərçənd bir çox hallarda bu iddialar sübut olunmasa da, ictimaiyyətə bu barədə məlumatlar çatdırılır, narahatlıqlar bildirilir.

Digər tərəfdən, iqtisadiyyatın sürətlə rəqəmsallaşması kibermüdaxilələr üçün daha geniş imkanlar yaradır. Artıq həm daxili iqtisadi proseslərə, həm də xarici iqtisadi əlaqələrə müdaxilələr müşahidə olunur. Viruslar, zərərli proqramlar və gizli şəkildə yerləşdirilən kiberhücum vasitələri müəyyən münaqişə zamanı aktivləşərək, konkret ölkəyə təsir etmək məqsədi daşıya bilər. Bütün bunlar təkcə dövlətlərarası münasibətlərə deyil, eyni zamanda vətəndaşlara, şirkətlərə və təşkilatlara da ciddi təsir göstərir. Məsələn, bank sistemlərinə edilən hücumlar, şəxsi məlumatların oğurlanması, korporativ sənədlərin yayılması – bunların hamısı kibermüharibənin bir hissəsinə çevrilib. Belə hallar vətəndaşlar arasında narahatlıq yaradır, iqtisadi itkilərə və etimadın azalmasına səbəb olur.

Bu səbəbdən də dövlətlər kibertəhlükəsizliyi təmin etmək üçün yeni texnologiyalar tətbiq etməli, qabaqlayıcı tədbirlər görməlidirlər. Hansı ölkə bu texnologiyalara daha yaxşı yiyələnirsə, informasiya və rəqəmsal təhlükəsizlik baxımından daha üstün mövqeyə sahib olur. Bu da həmin ölkənin real həyatda baş verə biləcək təhlükələrin qarşısını almaqda mühüm rol oynayır. Artıq müharibə anlayışı dəyişib. Kibermüharibə təkcə dövlətlərarası məsələ deyil – cinayətkar qruplar, kibercinayətkarlar və haker təşkilatları da korporasiyalara, dövlət qurumlarına və ictimaiyyətə qarşı müxtəlif hücumlar həyata keçirirlər. Bu hücumlar nəticəsində sənədlər yayılır, yazışmalar ifşa olunur, ictimai təzyiq yaranır və hətta siyasi şantaj alətinə çevrilir.

Yəni, kibermüharibə bu gün reallığın ayrılmaz bir hissəsinə çevrilib və ona qarşı hazırlıqlı olmaq hər bir dövlət və cəmiyyət üçün prioritet olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri