Icma.az
close
up
RU
ING: 2025 2027 ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,1 % artacaq

ING: 2025 2027 ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,1 % artacaq

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 % və 2027-ci ildə 2 % artacağını proqnozlaşdırır.

Bu barədə  ING  xəbər verir.

Əvvəlki proqnozlarla müqayisədə cari il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,1 faiz bəndi artırılıb, 2026-2027-ci illər üçün isə dəyişməz qalıb.

Beləliklə, ING 2025-2027-ci illərdə ölkənin ÜDM-nin orta illik artımını 2,1 % səviyyəsində proqnozlaşdırır.

Bankın qiymətləndirmələrinə görə, 2025-ci ilin IV rübü üçün iqtisadi artım proqnozu 2,5 %, 2026-cı ilin I rübü - 4 %, II rüb – 2,5 %, III rüb - 3,5 %, IV rüb – 1 % təşkil edir.

Bundan əlavə, 2027-ci ilin I rübündə iqtisadiyyatın 0,5 %, II rübdə 1,5 %, III rübdə 2,5 % və IV rübdə 3,5 % artacağı proqnozlaşdırılır.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ÜDM artımı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,9 % və 2027-ci ildə 3,3 % səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları fərqlənir. "S&P Global" - hər il üçün 2 %, "Fitch Ratings" - 2025-ci ildə 3,5 % və 2026-cı ildə 2,5 %, "Moody's" - hər il 2,5 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3 % və 2,5 % artım proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 %,

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2,4 %, 2026-cı ildə 2 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 1,3 % artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri