İngilis azarkeşlərdən Heylundun “Napoli”də debüt qoluna şok reaksiya: “Lənətlənmişik!”
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Mançester Yunayted” azarkeşləri Rasmus Heylundun A Seriyasında “Fiorentina”ya qarşı oyunda “Napoli”nin heyətində debüt qolunu vurmasından sonra məyusluqlarını gizlətməyiblər.
İdman.biz xəbər verir ki, Danimarkalı hücumçu millidə Yunanıstana qarşı (3:0) oyunda fərqləndikdən sonra ardıcıl ikinci matçda qol sevinci yaşayıb.
Bu dəfə o, Leonardo Spinazzolanın ötürməsindən sonra David de Xeanı soyuqqanlılıqla mərkəzdən məğlub edərək Kevin de Bröynenin erkən penaltisindən sonrakı üstünlüyü 2:0-a çatdırıb. Nəticədə italiyalılar görüşü qələbə ilə başa vurublar, Heylundun debütü isə böyük rezonans doğurub.
“Yunayted” fanatları sosial şəbəkələrdə kəskin reaksiya göstəriblər: “Heylund debütdə qol vurur? Biz lənətlənmişik”, “Deməli, problem “Mançester Yunayted"də imiş”.
Bəzi azarkeşlər vəziyyəti klubun yeni transferi Benjamin Şeşko ilə müqayisə ediblər. O, hələ özünü göstərə bilməyib.
Qeyd edək ki, bu həftə Heylund və “Napoli”ni ciddi sınaq gözləyir – Çempionlar Liqasında “Etihad”da “Mançester Siti”yə qarşı oyun. Daha bir qol isə “Yunayted”in rəhbərliyinə yönələn tənqidləri daha da gücləndirə bilər.
Baxış sayı:30
Bu xəbər 14 Sentyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















