İngiltərə klubu Bayern Münhen in müdafiəçisi ilə maraqlanır
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tottenhem” “Bayern Münhen”in müdafiəçisi Kim Min-Ce ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Bild” yayıb.
Məlumata görə, “Tottenhem”, “Aston Villa” və “Milan” Cənubi Koreya millisinin üzvünün vəziyyətini izləyir. Bu klubların hər üçü yay transfer pəncərəsində futbolçu ilə bağlı “Bayern”ə müraciət edib, lakin konkret təklif irəli sürməyib.
Kim Min-Je hazırda Almaniya klubunda çıxış edir və klubla müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Onun gələcəyi ilə bağlı qərarın ilin sonlarında klubla keçiriləcək danışıqlardan sonra müəyyənləşəcəyi gözlənilir.
Futbolçunun yanvar ayında komandadan ayrılması hazırda gözlənilmir. Onun gələcəyi əsasən “Bayern"in müqavilə danışıqlarında hansı mövqedən çıxış edəcəyindən asılı olacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Sentyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















