İngiltərə klubu satışa çıxarılır
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Lester Siti”nin sahibləri olan Srivaddhanaprabha ailəsi klubu satmaq istəyir.
Futbolpress.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, investorların cəlb olunması üçün “Citigroup” investisiya bankı tərəfindən xüsusi təqdimat hazırlanıb. Bank klubun bütün strukturunu 148–222 milyon funt-sterlinq aralığında dəyərləndirib.
Potensial alıcılara böyük aktivlər portfeli təklif olunur. Bura “Kinq Pauor” stadionu, “Siqrav” məşq bazası, qadın komandasının “Belvuar Drayv” bazası, torpaq sahələri, habelə akademiya, qadın komandası və Belçikanın “Oud-Heverle Löven” klubu daxildir. Təkcə klubun daşınmaz əmlak obyektlərinin ümumi dəyəri 204 milyon funt-sterlinq həcmində qiymətləndirilib.
Mərhum Viçay Srivaddhanaprabha “Lester”i 2010-cu ildə 39 milyon funt-sterlinqə satın almış və komandanı 2015/2016 mövsümündə tarixi İngiltərə Premyer Liqası çempionluğuna daşımışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Avqust 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















