Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 noyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye (MYS) sahəsi üzrə hüquqi şəxslər (qeyri-hökümət təşkilatları istisna olmaqla) üçün qrant müsabiqəsi elan edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi mədəniyyət xidmətlərinin, mədəni və yaradıcı sənaye sahələrinin inkişafını və keyfiyyətinin artırılmasını dəstəkləmək, innovativ fəaliyyət və tədqiqatları stimullaşdırmaq, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişafına və mədəniyyət sahəsində maarifləndirməyə töhfə verməkdir.

Müsabiqə çərçivəsində kiçik, orta və böyük olmaqla üç kateqoriya üzrə qrantlar ayrılır. Kiçik qrantların məbləği 15 000 manatadək, orta qrantların məbləği 15 000 manatdan yuxarı və 50 000 manatadək, böyük qrantların məbləği isə 50 000 manatdan yuxarı müəyyən edilib.

Layihələr milli məzmunlu yaradıcı məhsulların hazırlanması (animasiya, oyun texnologiyaları, memarlıq, musiqi, teatr, dəb və dekorativ-tətbiqi sənət), davranış mədəniyyəti üzrə maarifləndirmə, mədəniyyət və yaradıcılıq sənayeləri (MYS) sahəsində rəqəmsallaşma və innovasiya, tədqiqat və elmi-metodiki fəaliyyət, dublyajın dəstəklənməsi, eləcə də regionlarda MYS sahəsinin inkişafı istiqamətlərini əhatə etməlidir.

Müraciətlərin qəbulu noyabrın 6-dan 26-dək mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər sayta daxil olduqdan sonra avtomatik olaraq “myculture” şəxsi kabinetinə yönləndirilir və kabinetin “e-Müraciətlər” bölməsindən müvafiq müsabiqənin adını seçərək layihələrini təqdim edə bilərlər.

Layihələrin qəbulu noyabr 26-da saat 18:00-da başa çatacaq. Təqdim olunan layihələr 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Qiymətləndirmə nəticəsində 50 baldan aşağı nəticə göstərən layihələrə qrant ayrılmayacaq.

Məlumat və əlavə suallar üçün [email protected] elektron poçt ünvanı və Mədəniyyət Nazirliyinin 147 qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.

Müsabiqə haqqında ətraflı məlumatla buradan tanış olmaq olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri