İngiltərə məktəblərində qızardılmış yeməklər qadağan ediləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 14 sentyabr, AZƏRTAC
İngiltərə məktəblərində yeməklərlə bağlı son on ildən çox müddətdə ən böyük dəyişikliklərdən biri həyata keçiriləcək.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumətin açıqladığı yeni məktəb qidalanma standartlarına əsasən, şagirdlərə təqdim olunan yeməklərdə təzə meyvə və tərəvəzlərin payı artırılacaq, yağda qızardılmış qidaların verilməsi isə qadağan ediləcək. Yeni qaydalar çərçivəsində lifli məhsulların və tam taxıllı qidaların istifadəsi də artırılacaq. Bundan əlavə, məktəblərdə fəaliyyət göstərən səhər yeməyi klubları ilk dəfə olaraq xüsusi qidalanma standartlarına əməl etməli olacaq və onların fəaliyyəti nəzarətdə saxlanılacaq.
Dəyişikliklərin 2027-ci ildən qüvvəyə minəcəyi bildirilir. Hökumət yeni standartların məktəblər üçün artıq mövcud olan maliyyə vəsaitləri hesabına tətbiq ediləcəyini açıqlayıb. Yeni çərçivəyə əsasən, tort kimi şirin desertlərin məktəb menyusunda təqdim olunması da məhdudlaşdırılacaq. Orta məktəblərdə belə desertlərin həftədə iki dəfə, ibtidai məktəblərdə isə həftədə yalnız bir dəfə verilməsinə icazə veriləcək. Desertlərlə birlikdə mütləq meyvə də təqdim olunmalıdır. Vetçina, kolbasa və toyuq naggetsləri kimi emal olunmuş ət məhsullarının verilməsi də həftədə bir dəfə ilə məhdudlaşdırılacaq. Bu məhsullar tərəvəz və ya meyvə ilə birlikdə təqdim edilməlidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Sentyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















