İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərə millisinin dünya çempionatındakı təlim-məşq bazası pilotsuz uçuş aparatlarından, yəni dronlardan qorunacaq.
QOL.az xəbər verir ki, "GB News" nəşrinin məlumatına görə, İngiltərə yığmasının DÇ-2026 zamanı məskunlaşacağı Kanzas-Sitidəki baza təhlükəsizliyini təmin etmək və komandanın məşqlərinin izlənilməsinin qarşısını almaq məqsədilə xüsusi mühafizə olunacaq.
Məlumata görə, təlim-məşq düşərgəsinin mühafizəsinə dronları zərərsizləşdirmə vasitələri ilə təchiz edilmiş xüsusi polislər cəlb ediləcək.
Qeyd edək ki, bu gücləndirilmiş ehtiyat tədbirləri dünya çempionatı zamanı komandanın gizli izlənilməsi, məşqlərin pozulması cəhdləri və mümkün siyasi etirazlarla bağlı artan narahatlıqlar fonunda həyata keçirilir.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İngiltərə yığması qrup mərhələsində Xorvatiya, Qana və Panama milli komandaları ilə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 27 May 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















