İngiltərə millisinin sabiq qapıçısı vəfat edib
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə millisinin sabiq qapıçısı Cimmi Rimmer 78 yaşında dünyasını dəyişib.
Apasport.az xəbər verir ki, keçmiş qolkiper karyerası ərzində “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa” və “Suonsi”nin formasını geyinib.
Rimmer “Mançester Yunayted”in yetirməsi olub və 1968-ci ildə Avropa Çempionlar Kubokunu qazanan komandanın heyətində yer alıb.
1977-ci ildə “Aston Villa”ya keçən qapıçı burada 6 mövsüm çıxış edib və İngiltərə çempionatında 229 oyuna çıxıb. 1981/82 mövsümündə isə Birmingem təmsilçisinin Avropa Çempionlar Kubokunu qazanmasında pay sahibi olub.
Rimmer “Bavariya”ya qarşı keçirilən finalda start heyətində meydana çıxıb. O, 9-cu dəqiqədə zədələnərək oyunu vaxtından əvvəl başa vurub. “Aston Villa” həmin görüşdə 1:0 hesablı qələbə qazanıb. Bununla da Rimmer Avropa Çempionlar Kubokunu iki dəfə qazanan futbolçular sırasına düşüb.
Qeyd edək ki, Cimmi Rimmer İngiltərə millisində 1 oyun keçirib.
İtaliano "Beşiktaş" tarixinə düşdü - Bunu bacaran ilk məşqçi oldu Super Liqada klubunu dəyişdi - RƏSMİ “Fənərbaxça”da ayrılıq - VƏTƏNİNƏ QAYITDI “Barselona”nın hücumçusu addım-addım PSJ-yə Neymarın 2 qol ötürməsi “Santos”a qələbə qazandırdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 Avqust 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















