ABŞ, Rusiya və Çin liderləri nələri müzakirə edəcək?
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin, ABŞ və Rusiya liderlərinin birlikdə gözlənilən Çin toplantısını Yalta konfransına bərabər tutaraq dünyanın yenidən bölüşdürülməsinin planlaşdırıldığı qeyd edilir. 1945-ci ilin fevralında II Dünya Müharibəsinin sonuna bir neçə ay qalmış Yaltada baş tutan konfransda dünyanın sonrakı konfiqurasiyası müəyyən olundu. Amma unutmaq lazım deyil ki, həmin il bir konfrans daha oldu. Bu, Potsdam konfransı idi. Müharibənin başa çatdığı, Almaniyanın məğlub olduğu, eyni zamanda, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill seçkilərdə məğlub olduğu üçün onu Klement Ettli əvəz etdi və bundan sonra yeni dünya düzəni müəyyən edildi.
Bu üç ölkə rəhbərinin hələlik hansı müharibəni udduğu bəlli deyil, Ukrayna və İran nəzərdə tutulur. Buna Çin lideri də daxil, çünki bir Tayvanla bacara bilmir. İndi bu üç yarımçıq, dünyada lağ obyekti olan liderlər hansı dünya düzənini müəyyən edə bilər? Onlar olsa-olsa öz imiclərini qorumaq üçün bir-birilərinə dəstək vermək barədə razılığa gələrlər.
Dünyada artıq bu üçlükdən başqa da güclü ölkələr var. Nə məğlub olublar, nə də lağ obyekti deyillər. Real işdə də bunların bütün oyunlarını pozublar. Bunlar Yalta konfransı keçirə bilərlər, amma Potsdam konfransını qaliblər keçirəcək.
Azər Qasımov
Bu mövzuda digər xəbərlər:ABŞ və Rusiya nələri müzakirə edib?
18 Fevral 2026 20:12
Kreml: Rusiya, ABŞ və Çin liderləri görüşəcəklər
02 Sentyabr 2026 10:24
ABŞ Çin Rusiya liderləri görüşə bilər
12 Sentyabr 2026 00:08
ABŞ və Çin liderləri müharibələri müzakirə etdilər
25 Sentyabr 2026 11:06
Putin Çin lideri ilə ABŞ Rusiya danışıqlarını müzakirə edəcək
21 Fevral 2025 17:00
Baxış sayı:36
Bu xəbər 16 Noyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















