İngiltərə nəhənglərinin hədəfi Benfika nın müdafiəçisidir
Icma.az bildirir, Fanat portalına istinadən.
"Mançester Yunayted" və "Çelsi" "Benfika"nın müdafiəçisi Tomas Araujunu transfer etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mənbənin məlumatına görə, hər iki Premyer Liqa klubu 24 yaşlı uruqvaylı müdafiəçinin çıxışını yaxından izləyir.
Arauxo 2023-cü ildə "Benfika"ya keçib. O, Lissabon klubunda əsas heyət uğrunda mübarizə aparsa da, son dövrlərdə müdafiə xəttində daha çox rotasiya oyunçusu kimi istifadə olunur.
"Mançester Yunayted"in müdafiə xəttini gücləndirmək üçün yeni futbolçu axtardığı, "Çelsi"nin isə gənc və perspektivli müdafiəçiləri transfer etmək strategiyasını davam etdirdiyi bildirilir.
Arauxonun "Benfika" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Buna görə də onun transferi üçün Portuqaliya klubunun yüksək məbləğ tələb edə biləcəyi qeyd olunur.
Hər iki İngiltərə klubunun futbolçunun vəziyyətini izləməyə davam etdiyi və gələcək transfer pəncərəsində rəsmi addım ata biləcəyi bildirilir.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















