İngiltərə taxtının varislərinə telefon qadağası qoyuldu
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Britaniya taxt-tacının varisi şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton uşaqlarının texnologiyadan istifadəsini məhdudlaşdırdıqlarını açıqlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük xüsusilə böyük oğulları şahzadə Corcun mobil telefon sahibi olmasına hələ icazə vermədiklərini bildirib.
Şahzadə Uilyam bu qərarın bəzən ailə daxilində gərginliyə səbəb olduğunu etiraf edib.
“Sosial medianın uşaqlara təsiri narahatedicidir. Biz Corcu bu təsirlərdən qorumağa çalışırıq. Uşaqların internetdə görməməli olduqları çoxlu məlumatlara çıxışı var və bu, valideynlər üçün ciddi narahatlıq yaradır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Corc dostlarının telefonlarından istifadə etdiyini görəndə bəzən narazılıq göstərsə də, ailə onun “uşaqlığını mümkün qədər qorumağa” çalışır.
Keyt Middlton isə ailədə ekran qarşısında keçirdilən vaxtın məhdudlaşdırıldığını vurğulayıb:
“Biz uşaqlarımızın çöldə oynamasına, real həyatı tanımasına üstünlük veririk. Onların dünyanı yalnız ekran vasitəsilə deyil, əsl formasında kəşf etmələri bizim üçün çox vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 13 Noyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















