Icma.az
close
up
RU
İngiltərədə buna görə paltaryuyan həmişə mətbəxdə olur təəccübləndirən səbəb

İngiltərədə buna görə paltaryuyan həmişə mətbəxdə olur təəccübləndirən səbəb

Icma.az bildirir, Milli.az portalına istinadən.

Bir çox insan Britaniya filmlərində və ya İngiltərəyə səfər edəndə evlərin mətbəxində paltaryuyan maşın görüb təəccüblənib. Bəzi ölkələrdə paltaryuyan əsasən hamamda, kilerdə və ya ayrıca çamaşır otağında olur. Bəs İngiltərədə bu cihaz niyə israrla mətbəxdə yerləşdirilir?

Milli.Az xəbər verir ki, əslində bu, zövqdən çox tarixi və texniki səbəblərdən yaranan bir zərurətdir.

İngiltərədəki evlərin böyük hissəsi Viktoriya və Edvard dövrlərinə aid köhnə tikililərdir. Bu evlərin çoxu 100-150 il əvvəl inşa edilib və o dövrün planlaşdırılması müasir məişət cihazları nəzərə alınmadan aparılıb.

Bu səbəbdən belə evlərdə paltaryuyan maşın üçün ayrıca yer yoxdur. Evlər dar, otaqlar kiçikdir və tikildiyi dövrdə elektrikli cihaz anlayışı belə yox idi.

1950-60-cı illərdə paltaryuyan maşınlar geniş yayılmağa başlayanda insanlar belə böyük cihazı evin hara qoyacağını düşünməyə məcbur oldular. Evdə adətən yalnız iki "su ilə işləyən" zona olurdu: mətbəx və hamam. Lakin seçimin mətbəxə düşməsinin əsas səbəbi təhcizat idi.

Paltaryuyan maşının işləməsi üçün üç əsas tələb var:

təmiz su giriş xətti çirkli su üçün güclü axıntı borusu elektrik yuvası

İngiltərə evlərində mətbəx bu üç şərtin hamısının hazır şəkildə olduğu yeganə yerdir. Burada su xəttləri, paltaryuyan üçün əlavə bağlantı nöqtəsi, güclü su axınını təmin edən kanalizasiya borusu artıq mövcuddur. 

Hamamlar isə İngiltərədə çox kiçik olur və əlavə cihaz üçün nə yer, nə də uyğun su-elektrik sistemi var. Paltaryuyanı başqa yerə qoymaq istəsəniz, evboyu boru çəkmək, divarları sındırmaq və yeni quruluş yaratmaq lazımdır - kifayət qədər bahalı və çətin bir işdir.

İngiltərədə hamamlar rütubətli və suyun çox olduğu riskli məkan sayıldığından, yüksək güc tələb edən elektrik cihazlarının burada istifadəsi ciddi şəkildə məhdudlaşdırılıb. Elektrik yuvalarının belə hamamlarda istifadəsində ciddi məhdudiyyət var.

Bu səbəbdən paltaryuyan kimi güclü cihazların hamamda yerləşdirilməsi təhlükəsiz sayılmır.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Noyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri