İngiltərədə Hakimlər Şurası VAR ın səhvə yol verdiyi etiraf etdi
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Futbol üzrə İngiltərə Premyer Liqasının dördüncü turunda “Mançester Siti” səfərdə “Mançester Yunayted”i Erlinq Holannın qolu ilə 1:0 hesabı ilə məğlub edib. Lakin qarşılaşmadan sonra İngiltərə Hakimlər Şurası qol epizodunda hakim səhvinə yol verildiyini etiraf edib.
İdman.Biz xəbər verir ki, bu barədə İngiltərədə Hakimlər Şurası məlumat dərc edib.
Belə ki, 60-cı dəqiqədə Joşko Qvardiolun ötürməsindən sonra Holand topu tora göndərib. Baş hakim Maykl Oliver əvvəlcə ofsayd səbəbindən qolu qeydə almayıb.
VAR yoxlamasından sonra norveçli hücumçunun Patrik Doqunun butsuna görə ofsaydda olmadığı müəyyənləşdirilib və qol hesaba alınıb.
Hakimlər Şurası bildirib ki, VAR Holandın mövqeyinin epizoda mümkün təsirini düzgün qiymətləndirməyib və baş hakimə vəziyyəti monitorda izləməyi tövsiyə etməli idi.
“Mançester Yunayted”lə əlaqə saxlanılaraq səhvin qəbul edildiyi açıqlanıb. Hadisə ilə bağlı araşdırma aparılacaq.
Qeyd edək ki, bu qələbədən sonra “Mançester Siti” 12 xalla turnir cədvəlinə başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 Sentyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















