Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

İngiltərədə niyə güclü məşqçi yetişmir? ARAŞDIRMA

İngiltərədə niyə güclü məşqçi yetişmir? ARAŞDIRMA

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə futbolunda ulduz futbolçu yetişdirməklə bağlı heç vaxt problem olmayıb.

İngiltərənin yığma səviyyəsində “dişə vurulası” yalnız bir titulu olsa da, ulduz futbolçu baxımından heç vaxt kasadlıq yaşamayıb. Amma bu ölkə son illərdə sanki məşqçi yetişdirməyi dayandırıb. İndi dünyanın ən güclü 20 (bəlkə də 30 və ya 40) məşqçisinin adını sadalasaz, əminik ki, orda ingiltərəli məşqçiyə yer tapılmayacaq. Təkcə bir faktı vurğulayaq ki, hazırda premyer-liqada ispaniyalı və portuqaliyalı məşqçilərin sayı (4) ingiltərəli məşqçilərin sayından (2) daha çoxdu! Bəs görəsən, bu durum nə ilə bağlıdı? İngiltərəli mütəxəssislər nə üçün “fil qulağında yatıb”?
Runinin fiaskosu
Yuxarıda da qeyd etdiyimiz kimi, dünyanın ən güclü milli çempionatı sayılan premyer-liqanın 20 klubundan yalnız ikisinin başında yerli mütəxəssisi dayanıb. Bunlar “Nyukasl”ı çalışdıran Eddi Hau və “Everton”un başında dayanan Şon Dayçdı. “İpsviç”li Kiran Makkenna Şimali İrlandiyadan olduğu üçün onu bu siyahıya aid etmirik. Elə İngiltərə yığması da əcnəbiyə - almaniyalı Tomas Tuxelə tapşırılıb. Düzdü, son illərə qədər “üç şir”i Qaret Sautqeyt çalışdırırdı. Hətta ona bu günlərdə “Cəngavər” titulu da verildi. Bunun İngiltərədə böyük müzakirələrə səbəb olmasının özü artıq onu göstərir ki, Sautqeytin yığmadakı fəaliyyəti birmənalı qarşılanmır. Çoxlarının fikrincə, AÇ-nin finallarında məğlub olan və DÇ-də uğursuzluğa düçar olan məşqçi bu titula layiq deyildi.
Yerli futbol ictimaiyyətinin fikrincə, bu məşqçi İngiltərənin növbəti qızıl nəslini məhv etdi. Sautqeyt heç Millətlər Liqasını da qazana bilmədi. Bəs görəsən, yaxın keçmişə qədər İngiltərənin əsas ulduzu hesab olunanlar və artıq yavaş-yavaş məşqçi kimi sözünü deməli olanlar hardadı? Ueyn Runi, Stiven Cerrard, Frenk Lempard, Ceymi Karrager, Con Terri, Rio Ferdinand, Eşli Koul, Pol Skoulz, Stiv Makmanaman, Co Koul, Maykl Ouen və s. tanınmış simalar niyə ortalıqda yoxdu? Gəlin, onlardan bəzilərinin “əfsanəvi” məşqçi karyerasına nəzər salaq.
2024-cü ilin son günündə çempionşip təmsilçisi “Plimut”un Runi ilə yollarını ayırması xəbəri gündəmi zəbt etdi. Rəsmi açıqlamada “qarşılıqlı razılıqla” ifadəsi qeyd olundu. Amma İngiltərənin eyniadlı liman şəhərini təmsil edən bu klub turnir cədvəlində sonuncu pillədədi. Ona görə də Runinin qovulması üçün kifayət qədər əsas var idi. Futbolçu kimi “Mançester Yunayted”in və İngiltərə yığmasının əfsanəsi olan 39 yaşlı mütəxəssis “Plimut”da cəmi 6 ay işləyə bildi. Komanda bu müddətdə keçirdiyi 25 oyunun yalnız 5-də qalib gəldi. Runinin məşqçi karyerası 2020-nin noyabrında “Derbi”də başladı. O, ilk aylarda oynayan məşqçi statusunda olmaqla 2 ilə yaxın bu klubda çalışdı. Sonluq “Derbi”nin çempionşipdən 1-ci liqaya (3-cü diviziona) yuvarlanması ilə nəticələndi. Düzdü, komandada həmin vaxt ciddi maliyyə problemləri var idi və 21 xallıq cəza da buna görə verilmişdi. Amma Runinin sonrakı fəaliyyəti də fiasko ilə nəticələndi. O, sonradan MLS-ə yollanaraq “Di Si Yunayted”in başına keçdi və ilyarım ərzində komandanı pley-offa daşıya bilmədi. 2023-ün oktyabrında Runi “Birmingem”i qəbul edərkən komanda çempionşipdə 6-cı pillədə idi. İstefa özünü çox gözlətmədi. Çünki “Birmingem” 20-ci pilləyə gerilədi...
Onun indiyə qədər çalışdırdığı klubların heç birində qələbə faizi 30-u ötməyib (maksimum 28,2, “Derbi”). Runinin məşqçi karyerasında orta hesabla qələbə faizi 25,3-ə bərabərdi! Bu, sadəcə, acınacaqlı bir durumdu. Halbuki Runinin işi barədə danışarkən dediyi sözlər maraqlı və ağıllı səslənir. Bir çox sabiq ulduzdan fərqli o, şablon sözlər işlətmir:

“Bu, sanki canıma düşmüş bir virusdu. Futbolun içində qalmaqdan çox böyük zövq alıram. Ətrafımda köməkçiləri, personalı, futbolçuları görmək, bu atmosferi yaşamaq xoşuma gəlir. Özümün daha yaxşı versiyam olmağa can atıram. Bu, artıq mənim ayrılmaz bir parçama çevrilib”.


Runi bu sözləri bir neçə ay öncə bir “yutub” kanalında demişdi. Görəsən, o, indi də eyni düşüncədədi?
Bu qədər ulduzdan ortaya bir düz-əməlli məşqçi çıxmadı
Runi, sadəcə, çoxsaylı uğursuz misallardan biridi. Başqalarının da vəziyyəti ürəkaçan deyil. Lempardın 2021/22-də “Everton”u premyer-liqada saxlamaqdan başqa uğuru yoxdu. Onun necə zəif məşqçi olduğunu isə 2020/21 mövsümü bütün çılpaqlığı ilə ortaya qoydu. Frenkin rəhbərliyi altında çox cılız təsir bağışlayan və premyer-liqada 9-cu pilləyə qədər geriləyən “Çelsi”ni Tomas Tuxel həmin mövsüm Çempionlar Liqasının qalibi etdi! Digər əfsanə Cerrardın məşqçi karyerası daha uğurlu start götürdü.
O, “Reyncers”i 2020/21-də 10 illik fasilədən sonra çempion edərək klubun fanatlarına inanılmaz sevinc bəxş etdi. Amma növbəti mövsümün gedişində “Aston Villa”nın başına keçdi. Kaş keçməyəydi. Birmingem klubu mövsümü 14-cü pillədə tamamladı. Növbəti mövsüm isə “Villa” ilk 12 turda cəmi 2 qələbə qazanınca Cerrard artıq oktyabrda qovuldu. Onun yerinə gələn Unay Emeri 17-ci pillədə qəbul etdiyi komandanı 7-ci pilləyə yüksəldərək avrokuboklara daşıdı. 2023/24-də isə “Villa” premyer-liqada 4-cü pilləni tutaraq ÇL-ə vəsiqə qazandı və Konfrans Liqasında yarımfinala qədər irəlilədi. Hazırda bu komanda ÇL-də “Bavariya”, “Yuventus” kimi nəhənglərlə başabaş oynayır. Cerrard isə Səudiyyə Ərəbistanında cibini doldurmaqla məşğuldu və hətta orda da qovulmaq üzrədi!
Terri “Aston Villa” və “Lester”də köməkçi kimi işlədikdən sonra ona indiyə qədər də heç bir klubdan təklif gəlməyib. Karrager, Ferdinand və Makmanaman şərhçi kimi çalışmağa üstünlük verir. Nevill bir neçə il İngiltərə yığmasında köməkçi kimi çalışandan sonra özünü baş məşqçi kimi sınamaq qərarına gəldi. Kaş ki, bunu etməzdi. “Valensiya”nın sahibi Piter Limlə olan əlaqələri sayəsində 2015-in oktyabrında bu klubun başına keçdi. Antirekordları sıraladıqdan (16 oyuna 3 qələbə) və “Barselona”ya 0:7 uduzduqdan sonra 2016-nın martında qovuldu! Skoulzun məşqçi karyerası yalnız 2019-da 4-cü divizion təmsilçisi “Oldhem Atletik”də 1 ay işləməkdən ibarətdi. O da indi şərhçiliyə daha çox meyl edir. Co Koul bir müddət “Çelsi”nin akademiyasında çalışsa da, ondan səs-səmir yoxdu.
“Qızıl top”u qazanmış sonuncu ingiltərəli futbolçu olan Ouen uşaqlıqdan maraq göstərdiyi at dünyasının və at yarışlarının içindədi. Futbolda isə o da yalnız ekspert kimi ara-sıra kanallarda görünür. Yalnız Eşli Kouldan hələ ki ümidi kəsmək tezdi. “Derbi” və “Birmingem”də Runinin, “Everton”da Lempardın, İngiltərənin əsas və gənclər yığmasında Li Karslinin köməkçisi işləmiş Koulun baş məşqçi kimi necə təsir bağışlayacağı maraqla gözlənilir. Onun hazırda İngiltərə Futbol Assosiasiyası ilə müqaviləsi var. Və nəhayət, İngiltərə futbolunun “qızıl oğlan”ı Devid Bekhemin isə hamıya məlum olduğu kimi, məşqçiliyə əzəldən marağı olmayıb. O hazırda “İnter Mayami”nin prezidenti kimi Amerika futbolunu fəth etməyə çalışır.
Pul, özündənrazılıq, intizamsızlıq...
Bəs görəsən, bu “fenomeni” nə ilə izah etmək olar? Əslində problemi konkret bir səbəblə əlaqələndirmək çətindi. Amma səbəblərdən biri kimi adlı-sanlı futbolçuların özündənrazılığını göstərmək olar. Bir qədər kobud çıxsa da, ingilislər, ümumiyyətlə, özündənrazı və özlərini başqalarından üstün görən bir mentallığa sahibdi. Runi, Lempard, Cerrard, Nevill düşünür ki, futbolda artıq hər şeyi bilirlər. Ancaq öyrənmək hər yaşda lazımdı. Hətta əzəmətli Xosep Qvardiola da üzərində çalışır və trendlərdən geri qalmamağa səy göstərir. Digər səbəb kimi premyer-liqanın sabiq ulduzlarının dəbdəbəli həyata nail olmasını göstərmək olar. Runinin hazırda 23,5 milyon funt sterlinqlik malikanəsi var. Onun uğura ac olduğunu söyləmək çətindi.
Ferdinandın pulu o qədər çoxdu ki, hətta xeyriyyə fondu da açıb. Ouenin malikanəsində at tövləsi də var. İngilislərin futbol zəkasının güclü olmadığını iddia etmək bir qədər riskli olar. Amma onların konsentrasiyasının az olmasını çoxlu pul qazanmaları və yeni şeylər öyrənmək istəməmələri ilə əlaqələndirmək olar. Hərçənd bu məsələ yenə də insandan-insana dəyişir. Məsələn, Krişitano Ronaldo bəlkə də indi malik olduğu varidatla nəhəng bir ölkəni satın alar. Amma 40 yaşında belə rekordları qırmağa can atır. Halbuki ondan 2-3 yaş kiçik olanlar çoxdan karyerasını başa vurub. Sadəcə, bu məsələ İngiltərənin özündə də çox müzakirə olunur və ilk növbədə məhz yuxarıda qeyd etdiyimiz məqamlar qabardılır. İntizamı sevməyən və (Runi kimi) içki aludəçisi olan ingilislərdən məhz buna görə güclü məşqçi çıxmır. Elə indiki nəsil futbolçulara da nəzər salsaq, tez-tez şəxsi həyatı, qalmaqalları ilə ön planda olan, məsələn, Uoker və ya Sterlinq kimi isimlərdən, çətin ki, gələcəkdə güclü məşqçi olsun.
Ən maraqlısı odu ki, “Yunayted”in əfsanələri hətta uzun illər ser Aleks Ferqyuson kimi bir dahinin başçılığı altında oynamalarına baxmayaraq, yenə də məşqçi kimi özlərini göstərə bilmirlər. Elə tək “Yunayted”in yox, digər klubların əfsanələri də adlı-sanlı məşqçilərdən heç nə öyrənə bilməyiblər. Ona görə də premyer-liqa klubları özünkülərə yox, portuqaliyalılara, almaniyalılara, ispaniyalılara, italiyalılara, niderlandlılara güvənmək məcburiyyətində qalır. “Liverpul”da Karrager və Cerrardla eyni dönəmdə oynamış Xabi Alonsonun indi nələr etdiyini hamımız görürük.
Qısası, İngiltərə futbolu yeni Bobbi Robsonlar, Alf Ramsilər, Brayan Klaflar yetişdirmək üçün hələ çox gözləməli olacaq.
ƏLİ RAUFOĞLU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see445

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see418

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see276

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see207

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri