İngiltərənin 2 nəhəngi RB Leypsiq in hücumçusuna elçi düşüb
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Liverpul" və "Çelsi" "RB Leypsiq"in hücumçusu Yann Diomandeni transfer etmək üçün 52 milyon funt sterlinq xərcləməyə hazırdırlar. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" portalı məlumat yayıb.
"Liverpul" Diomande uğrunda mübarizədə favorit hesab edilə bilər, çünki hücumçu əvvəllər "mersisayd" klubuna maraq göstərdiyini açıq şəkildə bildirmişdi. Klub həmçinin onu Məhəmməd Salahın əvəzedicisi kimi əsas heyətdə görür.
Hücumçunun PSJ-nin də maraq dairəsinə düşdüyü bildirilir. "RB Leypsiq" isə Diomandeni ən azı bir mövsüm də saxlamaq istəyir və onun müqaviləsini uzatmağa çalışır.
Qeyd edək ki, Diomande bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, oyunçunun bazar dəyəri 75 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 07 Aprel 2026 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















