Icma.az
close
up
RU
İngiltərənin bəzi bölgələri nəhəng siçovulların işğalına məruz qalıb

İngiltərənin bəzi bölgələri nəhəng siçovulların işğalına məruz qalıb

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İngiltərənin Birmingem şəhərində zibil toplama tətili və HS2 yüksək sürətli qatar layihəsi səbəbiylə siçovulların sayında böyük bir artım olduğu açıqlanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, sakinlər deyiblər ki, siçovullardan bəziləri az qala pişik boydadır və onlar avtomobilin naqillərini gəmirərək zərər verirlər.

Drevs Lane və Vaşvood Heath kimi ərazilərdə yaşayan sakinlər deyirlər ki, gəmiricilər zibil qutularında yuva salır və avtomobillərin kapotların altına girərək böyük maddi ziyana səbəb olurlar.

Məhəllə sakini Kim Bleykman verdiyi açıqlamada: "Siçanlar nəhəngdir, demək olar ki, kiçik bir pişik ölçüsündədir və quyruqları olduqca qalındır. Onlar təkrar emal qutularımıza girib-çıxır. HS2 tikintisi başlayandan bəri ərazidə siçovulların sayında artım müşahidə etdik", - deyib.

Birmingem Şəhər Şurası 2024-cü ildə siçovullarla mübarizə üçün £24 xidmət haqqı tətbiq edib. Müxaliflər tərəfindən “siçovul vergisi” kimi təsvir edilən bu təcrübə şəhərdə böyük müzakirələrə səbəb olub.

Bələdiyyə zibiltoplama aksiyası ilə əlaqədar bəzi ərazilərdə fasilələrin olduğunu etiraf etsə də, həftədə ən azı bir dəfə hər evə zibil toplama xidmətinin göstərilməyə davam etdiyini bildirib.

Gəmirici probleminin ailəsinə ciddi maddi ziyan vurduğunu deyən Mariya Malik müəllim “3-cü dəfədir ki, bir qohumun maşını siçovullar tərəfindən xarab edildiyini bildirib.

"Maşın işə düşmədi, çünki onlar naqilləri çeynəmişdilər və avtomobilin təmiri onlara 120 funt-sterlinqə başa gəldi. Ola bilər ki, bu, böyük məbləğ olmaya bilər, amma heç bir günahınız olmadan belə bir rüsum ödəmək bezdiricidir", - deyə o qeyd edib.

Birmingem Şəhər Şurasının rəsmiləri zibil toplama tətilinin problemlərə səbəb olduğunu etiraf edərək: "Sənaye xarakterli tədbirlərlə əlaqədar bəzi zibiltoplama xidmətlərində fasilələr olsa da, həftədə ən azı bir dəfə hər evə zibil toplama xidməti göstərilir. Zibil torbalarında və ya bağlamalarda qalan tullantılar da toplanacaq. Səbr və anlayışa görə ictimaiyyətə təşəkkür edirik", - deyiblər.

"HS2" layihə rəsmiləri tullantıların müntəzəm olaraq yığıldığını və ətraf mühitin təmizliyinin vacib olduğunu bildirdilər: “Əməyin mühafizəsi və təhlükəsizliyi bizim əsas prioritetimizdir. Tullantılar bağlı qablarda saxlanılır və müntəzəm olaraq boşaldılır. Biz həftəlik yoxlamalar apararaq tullantıların idarə olunmasına nəzarət edirik”, - deyə qeyd ediblər.

Səlahiyyətlilər ictimaiyyəti zibilləri mütəmadi olaraq atmağa və şəxsi ehtiyat tədbirləri görməyə çağırsa da, siçovulların işğalının nə vaxt bitəcəyi bəlli deyil.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Fevral 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri