Icma.az
close
up
RU
İngiltərəyə sərfəli nəticə ilə yollanmaq lazımdı!

İngiltərəyə sərfəli nəticə ilə yollanmaq lazımdı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəli, “Qarabağ” “Nyukasl”ı mübarizədən kənarlaşdıracağı təqdirdə futbol tariximizin növbəti şanlı səhifəsini yazacaq. Lakin məsələ hələ bunda deyil. Çempionlar Liqasında pley-off oyunları keçirilir və “Qarabağ” yola davam edir! Bu cümlə özü belə adamı qürurlandırır.

Kim bilir, bir də nə vaxt “Futbol+”in səhifələrində təmsilçilərimizdən birinin pley-off mərhələsində keçirəcəyi matçın afişası dərc olunacaq. Odu ki, indi oyundan gözləntilər haqda danışmaq, sərfəli nəticə eşqiylə alışıb-yanmaqla yanaşı, andan zövq almaq vaxtıdı.
Kəsəsi, “Qarabağ” ilk oyunda “Nyukasl”la qarşılaşacaq. Rəqib İngiltərə premyer-liqasının dilinə görə dilçəyi olan komandalarından biridi. Ancaq bu barədə bir qədər sonra. İndi oyunun “CBC Sport”da canlı yayınlanacağını vurğulayıb 30 mindən çox azarkeşi tribunalara çağırmaq vaxtıdı! Gəlin və “Qarabağ”a dəstək olun! Biz heç vaxt oyundan əvvəl uduzmamışıq və dəfələrlə bunun bəhrəsini görmüşük. Getdik!
Çempionlar Liqası
pley-off, ilk oyun
Qarabağ – Nyukasl (İngiltərə)

Hakimlər: ESPEN ESKOS, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad (hamısı Norveç).
18 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
Əlbəttə, Çempionlar Liqasında bura qədər irəliləmək təsadüf ola bilməz. Axı hər kəs “Qarabağ”ın “Benfika”, “Kopenhagen”, “Çelsi” və “Ayntraxt” ilə oyunlarını xatırlayır. Bəlkə də “indi növbə “Nyukasl”ındı” deməklə xəyalpərəstlik etmiş olarıq. Lakin, necə deyərlər, sonuncu ölən ümidlərdi. O başqa məsələ ki, “köhlən atlar” bu oyuna arzulanan səviyyədə hazırlaşa bilməyib. Bunu bizdən əvvəl baş məşqçi Qurban Qurbanov dilə gətirib. Niyə? Çünki komanda “Şamaxı” və “İmişli” ilə oyunlarda həm rəqibə, həm ot örtüyünə, həm də təbiətə qarşı döyüşdü. Oyunların baxımsız keçdiyini də etiraf etməliyik. “Qarabağ” “Nyukasl”la oyuna tam hazır deyil və Qurban bəy demişkən, komanda yalnız təcrübəsinə güvənəcək. Heyətin durumuna gəlincə, xatırladaq ki, Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib. “İmişli” ilə matçda zədələnən Leandro Andrade oyunu buraxmayacaq. Məşqdə zədələnən Mateuş Koxalski isə... Qapıçı həkimlərin nəzarəti altındadı. Onlar əlindən gələni edir ki, futbolçu matça hazır vəziyyətə gətirilsin. Maraq üçün Mateus Silva, Kevin Medina və Marko Yankoviçin sarı vərəqə limitində olduğunu da bildirək...
“Nyukasl” da bura qədər asanlıqla gəlməyib. “Sağsağanlar” liqa mərhələsində “Barselona” və “Marsel”ə uduzubsa, “Yunion”, “Benfika” və PSV-yə qalib gəlib. Onların “Bayer-04” və PSJ ilə duellərində isə “sülh” qeydə alınıb. O başqa məsələ ki, “Nyukasl”ın premyer-liqadakı işləri yolunda getmir. Eddi Haunun yetirmələri 36 xalla 10-cu yerdədi. Amma bu komanda sonuncu çempionat oyununda “Tottenhem”i, ölkə kubokunun 1/16 finalında isə “Aston Villa”nı məğlub edib. Heç bir halda “Nyukasl”a yuxarıdan aşağı baxmağa haqqımız yoxdu!
Uğurlar, "Qarabağ"!
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Fevral 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri